Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                     Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik .....                     "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" .....                     Dövlətin dərmanları qara yollarla apteklərə verilir .....                     Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” .....                     İrəvan Bakının əsas tələbini qəbul etdi .....                     COP29-a qarşı çıxanlar kim idi? .....                     FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ .....                     Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb .....                     Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI .....                     Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu .....                     Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb .....                     Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı .....                     Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını .....                     ATƏT böhran içində, MQ isə “yaşayır” .....                     20 yaşlı qadın doğuş zamanı öldü .....                     ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı .....                     Ermənistan Bakıya nümayəndə göndərməməklə... .....                     “Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” .....                     Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? .....                     Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. .....                     AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib .....                     Qərbin agent-provokatoru ifşa edildi .....                 

“Demək olmaz axı serial başdan-ayağa söyüşdür”
Tarix: 3-06-2024, 08:51 | Çap et
“Demək olmaz axı serial başdan-ayağa söyüşdür”
“İctimai Televiziya”nın efirində yayımlanan “Alatava” son günlərin ən çox müzakirə olunan serialıdır.

On hissəli bədii film kriminal komediya janrındadır. Bu janr 1990-cı illərdən etibarın müstəqil kino trendi hesab edilir.

Kriminal komediyalarda, adətən, kiçik cinayətkar qrupun təsadüfən böyük cinayətkarlara rastlaşmasından və böyüklə müqayisədə kiçiyin əxlaqi üstünlüyünün önə çəkilməsindən bəhs edilir.

Bu filmlərdə jarqonlara, söyüşlərə, çox rast gəlinir.

“Alatava” da məhz bu janrın yerli variantı kimi düşünülüb.

Serial kino nümayəndələri, eləcə də ictimaiyyət arasında birmənalı qarşılanmayıb, sosial mediada da geniş müzakirələrə səbəb olub.

Bir çoxlarının fikrincə, serialda sosial problemlərdən daha çox söyüşlər önə çıxır. Bəziləri isə serialda toxunulan mövzuların söyüşləri arxa plana keçirdiyini deyirlər.

““Alatava” serialında uşaq evindən çıxan gənclərin öz həyatlarını qurmaq üçün keçdikləri psixoloji və fiziki çətinliklər əks olunub. Həmçinin insan alverinin (uşaq alveri) bir qadını necə bir faciəyə sürüklədiyini görürük. Eyni zamanda, gənc qızların ailədaxili psixoloji şiddətə məruz qalması və bununla mübarizə aparması da serialın mövzuları arasındadır. “İş adamı” adı altında hər “işi” görən şəxslər də seriala gətirilib. Burada çox vacib mesajlar var”, – izləyicilərdən biri sosial mediada yazır.

Meydan TV serialla bağlı bu sahənin ekspertlərinin münasibətini öyrənib.

“Demək olmaz axı serial başdan-ayağa söyüşdür”

Kino və teatr prodüseri, rejissor, ssenarist İntiqam Hacılı “Alatava” serialını uğurlu iş hesab edir:

“Azərbaycanda indiyə kimi çəkilən serialların 90 faizini bəyənməmişik. Bizi serialların mövzusu və aktyor oyunu qane etməyib. Bu serialı uğurlu hesab edirəm. Ümumiyyətlə, insan həyatda necə danışırsa, filmdə də elə olmalıdır. Bəzən elə gün olur ki, gündə bir neçə dəfə ağzımdan söyüş çıxır. Bəzən də elə olur ki, həmin gün söyüş söymürəm. “Alatava” serialında da elədir və bu, normaldır. Demək olmaz axı serial başdan-ayağa söyüşdür. Həm də söyüş onsuz da efirə verilmir. Məhz buna fokuslanmaq lazım deyil. Söyüşü eşitmə, mövzuya bax”.

““Alatava” serialı mövzu baxımından çox maraqlıdır. Orada qaldırılan problemlər, əngəllər var ki, bu gün həyatımızda yaşayırıq. Orada jurnalistika sahəsi var, deputat var, seçki var. Seriala bu tərəfindən baxmaq lazımdır. Oradakı daha maraqlı mövzulara fokuslan, nə qədər maraqlı və zövqverici olduğunu görəcəksən”, – deyə o bildirib.

““Alatava” televiziya üçün çəkilmiş bir serialdır”

Kinoşünas Aygün Aslanlı “Alatava” serialından böyük gözləntisinin olmadığını deyir. Həmçinin vurğulayır ki, serial uğurlu alınıb:

“Ekran qarşısına Kventin Tarantino və ya Pedro Almadovarın filminə baxırammış kimi oturmuram. “Alatava” televiziya üçün çəkilmiş bir serialdır. Əlixanı “Youtube”da çəkdiyi xırda filmlərdən tanıyırıq. “Alatava”ya baxanda Əlixanın işlərində xeyli irəliləyişin olduğu görünür. Serialda Azərbaycan televiziya məkanı üçün çox yeniliklər var. Onların toxunduqları mövzuları çoxları cəsarət edib dilə gətirmir. Serialda qadın mövzusuna yanaşmalarını, qadın obrazlarının təsvirini bəyənirəm. Müstəqil jurnalistika ilə bağlı olan toxunuşlar da diqqətçəkəndir. Aktyor Abbas Qəhrəmanın deputat obrazı, varlı təbəqənin xüsusi zövqləri, məncə, bunlar hamısı çox cəsarətli toxunuşlardır. Məhz bunlara görə seriala məmnuniyyətlə, baxıram”.

“Hekayənin konfliktində də sünilik, quramalıq vardı”

Kinotənqidçi Sevda Sultanova serialın yalnız üç bölümünü izləyib. Üç bölümdən gəldiyi qənaət isə belədir:

““Alatava” bloger səviyyəsində çəkilmiş həvəskar serialdır. Üç bölümə baxdığım üçün serialla bağlı indi dediklərim bir qədər natamam qiymətləndirmə olacaq. Amma vaxtım olan kimi digərlərini də izləyib geniş yazmağı planlaşdırıram. İlk iki bölümdən, serial mənə bloger səviyyəsində həvəskar çəkiliş kimi gəldi – dialoqlardan tutmuş kamera rakurslarına kimi. Hekayənin konfliktində də sünilik, quramalıq vardı. Söyüşdən yeri gəli-gəlmədi istifadə edilməsi isə ssenaristlərin sanki material qıtlığından əziyyət çəkməsi, personajların xarakterinə uyğun leksikon tapa bilməməsi təəssüratını yaratdı. Üçüncü bölüm digər iki bölümə nisbətən daha peşəkar təsir bağışladı. Serialda diqqətimi çəkən bir neçə istedadlı gənc aktyor oldu ki, onları mütləq serial haqda yazacağım məqalədə vurğulayacağam”.

“Alatava”nın ideya müəllifi və rejissoru Əlixan Rəcəbovdur.

Çox hissəli filmdə əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Taleh Yüzbəyov, Kamran Ağabalayev, Abbas Qəhrəman, Azər Aydəmir, İlkin Xəlil, Vüsal Əhmədzadə, İlkin Bəxtiyar, Ədalət Əbdülsəmədov, aktrisalar Zemfira Əbdülsəmədova, Fəridə Şahbazova, Rumiyyə Ağayeva, Aydan Həsənzadə, Kəmalə Onur çəkiliblər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19
Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18
Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16
Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01
Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59
ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55
20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47
ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46
Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34
“Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24
Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22
Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18
AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Bu gün, 10:12
Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat
Bu gün, 10:05
Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri – Şok rəqəm
Bu gün, 10:01
Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri - FOTO, VİDEO
Bu gün, 09:58
"Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Bu gün, 09:48
Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39
“Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35
AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33
Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25
XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... - Fransanın özündən, bir də “frankofon” Ermənistandan!
Bu gün, 09:24
Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19
İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru