Xalq artisti Bəxtiyar Xanızadə "Qərib cinlər diyarında" filminin çəkilişindən qazandığı məbləği açıqlayıb.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi "O üz" prqramında danışıb. Aktyor əldə etdiyi qonorardan sonra atasının da onun aktyor olmasına razılıq verdiyini bildirib:
"O vaxt bir günlük çəkiliş üçün 16 manat 50 qəpik alırdım. Xalq və Əməkdar artislərin bir çəkiliş günü isə 50 rubl idi. Mənə ilk dəfədən bu pulu təyin etmişdilər. Atam 140 rublu bir aya qazanırdı, zavodda işləyirdi. Atam istəmirdi aktyor olum. Üç aydan sonra gətirdiyim 1600 rublu görəndə dedi ki, get aktyor ol".