PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                     "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" .....                     Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Teymur Kərimovun cəzası 1 İL AZALDILDI .....                     Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” .....                     Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? .....                     “Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, .....                     Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz .....                     Səudiyyə Ərəbistanı statusunu gücləndirdi .....                     Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” .....                     Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! .....                     Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib .....                     Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi .....                     “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” .....                     Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi .....                     “AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI .....                     Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir .....                     Səidə Niyamı dostluqdan .....                     Sabah İstanbula gedə bilərəm .....                     İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik .....                     Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... .....                     Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb .....                     Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir .....                     Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara .....                     “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” .....                     "Mozalan Studiyası"na yeni direktor təyin edilib .....                     "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? .....                     İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? .....                     “Peyk zavodu”nun direktoru dəyişib .....                     "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" .....                 

"Bu haqda heç bir məlumat yoxdur, açıqlama da verilmir..." - SANKİ...
Tarix: 12-06-2024, 09:06 | Çap et
"Bu haqda heç bir məlumat yoxdur, açıqlama da verilmir..."
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov öz ərizələri ilə işdən çıxıblar.

Nazim Hüseynov işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib. Adının çəkilməsini istəməyən bir neçə aktyor isə iddia edir ki, onların işdən çıxmasına səbəb kinostudiyanın fəaliyyətsizliyidir.

Nazim Hüseynov və Aydın Hüseynovdan başqa prodüser Emil Nəcəfov da işdən çıxmaq haqqında ərizəsini təqdim edib. Bunu “Azərbaycanfilm” kinostudiyasının Mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov təsdiqləyib.

Yada salaq ki, “Azərbaycanfilm”in əvvəlki direktoru, rejissor Cəmil Quliyev 2019-cu ilin sonlarında vəzifəyə təyin olunsa da, bir il tamam olmamış istefa vermişdi. Sonra kinostudiyaya Fariz Əhmədov direktor gətirildi. O da çox qısa müddətdən sonra rəhbərlikdən ayrıldı.

Ovaxtkı mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə “Azərbaycanfilm”ə rəhbər “Salnamə”nin direktoru Nazim Hüseynov təyin edilmişdi. Ötən ilin aprelində Azərbaycan kinosunun 125 illiyi münasibətilə keçirilən tədbirdə N.Hüseynov bəzi məsələlərə aydınlıq gətirmişdi. O, 5 il ərzində dövlət büdcəsindən ayrılan maliyyədən “Azərbaycanfilm”in payına düşən hissəsinin hesabatını vermişdi: “Nəzərinizə çatdırmaq istəyirəm ki, 2018- ci ildə dövlət büdcəsindən kinoya 1 milyon yarım ayrılıbsa onun ”Azərbaycanfilm"ə verilən qismi 372 780 manatdır. O da ümumi büdcənin 24.9 faizini təşkil edir. 2019-cu ildə kinostudiyaya 1 milyon 432 222 manat ayrılıb, bu, ümumi büdcənin 22 faizini təşkil edir, 2020-ci ildə 4 milyon 524 min manatdan kinostudiyaya 658.927 min manat ayrılıb, ümumi büdcənin 14.6 faizindən söhbət gedir. 2021 -ci ildə 6 milyon 500 min manatın 3 milyon dan bir az artıq hissəsi ayrılıb" deyə, o bildirib. O bildirib ki, əksər dövlət studiyaları bağlanıb: “Hazırda iki dövlət studiyası fəaliyyət göstərir: ”Salnamə" və “Azərbaycanfilm”. Qalan studiyaların hamısı bağlanıb: “Yaddaş”, “Mozalan”, “Debüt” artıq yoxdur. Ayrılan büdcənin xərclənməsində ən qısa və şəffaf yol dövlət özəl studiyalarla tədbirlərin keçirilməsini faiz dərəcəsi ilə paylaşmaq, pitçinq, müsabiqə vasitəsilə o maliyyəni səmərəli istifadə edib normal filmlər ərsəyə gətirməkdir".

Xatırladaq ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” dövlət kinostudiyası 1920-ci ildə “Azərbaycan XMK-nın İncəsənət Şöbəsi” adı altında təsis olunub.

Bəs niyə son direktor postuna uğurlu təyinat olmur? Təyin olunan direktorlar az keçməmiş bu postdan ya imtina edir, ya çıxarılırlar?

Mövzu ilə bağlı kinoşünas Sevda Sultanova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Bir müddət əvvəl keçmiş sovet ölkələrində olan kinostudiyalar ilə bağlı araşdırma etmişdim. Belə bir nəticəyə gəldim ki, bu kinostudiyalar arasında ən bərbad vəziyyətdəki olan ”Azərbaycanfilm" kinostudiyasıdır. Mədəniyyət Nazirliyi, Kino Agentliyi, ümumiyyətlə bu sahəyə məsul olan məmurlar kinostudiyanın taleyi ilə bağlı nə düşünürlər, planları nədir, bunu bilmirəm. Bu haqda heç bir məlumat yoxdur, açıqlama da verilmir.

Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı belə bir təkliflə çıxış etmişdi ki, yaxşı olardı müvəqqəti olaraq “Azərbaycanfilm” kinostudiyasının idarəçiliyi Kino İttifaqına verilsin. Lakin nədənsə, nazirlikdə bu təklif xoş qarşılanmadı. “Azərbaycanfilm” kinostudiyası bizim milli sərvətimizdir, Azərbaycan kino mədəniyyətinin təməl daşıdır. Buna görə də Mədəniyyət Nazirliyi və yaxud Kino Agentliyi kinostudiyanın taleyi ilə bağlı tez bir zamanda qəti addım atmalıdır. Hesab edirəm ki, digər MDB ölkələrində olduğu kimi “Azərbaycanfilm” kinostudiyasına milli status verilməlidir.

Həqiqətən də bu gün “Azərbaycanfilm” kinostudiyası ölü vəziyyətindədir. Ümumi təəssürat isə belədir ki, sanki bu vəziyyət nə Mədəniyyət Nazirliyini, nə Kino Agentliyini, nə də ki, digər məsul şəxsləri narahat edir. Hər kəs bu haqda yalnız pərdəarxası danışır, publik olaraq danışan yoxdur. Məsələn, Nazim Hüseynov, Fariz Əhmədov, eləcə də Müşfiq Hətəmov doğrudan da bu gün “Azərbaycanfilm” kinostudiyasının taleyindən narahatdırlarsa, bu haqda analiz yazsınlar, desinlər ki, vəziyyət niyə bu cürdür, nə etmək lazımdır, öz təkliflərini bildirsinlər, zəhmət çəkib danışsınlar".

“Bu məlumatı eşidən gündən mənim ürəyim ağrayır, çox ağır xəbər oldu”. Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Ənvər Həsənov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rəhbər şəxslərin istefasından danışarkən deyib.

Aktyor istefaların səbəbini qurumun fəaliyyətsizliyi ilə əlaqələndirib: “Mənə məlumat verdilər ki, kinostudiyanın direktoru Nazim Hüseynov, müavini Aydın Hüseynov işdən çıxıb. 1276 nəfərlik studiya bu gün fəaliyyətsiz qalıb. O boyda binanın taleyinə bax da. ”Azərbaycanfilm" ölüm yatağındadır. Bunun sonu necə olacaq? Bizim kimi sənət adamları ortalıqda qaldı. Onları qınamıram, nə qədər işsiz qalmaq olar".

Xalq artisti Rasim Balayev bu məsələnin ona aid olmadığını vurğulayıb: “Mədəniyyət Nazirliyi eyni zamanda ”Azərbaycanfilm" kinostudiyasının rəhbəridir. Mən axı haradan bilim? Biz ictimai təşkilatıq, bizim heç bir səlahiyyətimiz yoxdur. Mən də sizin kimi uzaqdan eşidənin biriyəm. Onları işə təyin edən mədəniyyət naziridir. Bunun cavabını da nazirlik desin, biz belə şeyləri bilmərik".

Xalq artisti Xalidə Quliyeva kino sahəsinin dirçəlməsinin vacibliyini vurğulayıb: “Kinostudiya dirçəlməlidir və yaşamalıdır. Bu bizim tariximiz, eyni zamanda kino sənətinin ocağıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48
Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru