Kinomuz yoxdur, çünki kinomuzda olanların çoxu təsadüfü adamlardır -Ayaz Salayev
Tarix: 12-06-2024, 15:41 |
Çap et
Azərbaycanın möhtəşəm bir kino mədəniyyəti və tarixi var. Zamanında çəkilən tarixi filmlərimiz dünyaya səs salmağı bacarıb. “Qaçaq Nəbi”, “Nəsimi” “Babək” tarixi motivlər əsasında çəkilən filmlərimiz hətta Sovet senzurasını belə yara bilib. Lakin nədənsə son zamanlar kino sahəsində bir susqunluq hökm sürür. Türkiyədə “Payitah Abdülhamid”, “Ərtoğrul”, “Muhteşem Yüzyıl” və bunun kimi tarixi motivlərdə çəkilən filmlər nəinki qardaş ölkədə, Azərbaycanda da tamaşaçılar tərəfindən sevə-sevə izlənilir. Lakin çox təəssüf ki, son çəkilən filmlər arasında Azərbaycan tarixinin əks olunduğu ssenarilərə rast gəlmək olmur. Halbuki film sektorumuzun inkişafı üçün dövlət tərəfindən maliyyə vəsaiti də ayrılıb. Bəs, niyə Azərbaycanda bu gün tariximizi əks edən filmlər çəkilmir? Buna mane olan nədir?
Kinoşünas, Əməkdar İncəsənət xadimi Ayaz Salayev “Sherg.az”a bildirib ki, bizim qələbəmiz ölkəmizin qurur mənbəyidir:
“Lakin müharibənin özü də o dərəcədə yüksək faciə idi. Bu gün kinomuzda olan adamlar isə o səviyyədə deyil. Onlar başqa mövzuda düşünürlər. Çünki çoxu təsadüfi insanlardır. Ona görədə vəziyyət bu yerdədir. Azərbaycan kinomatoqrafasının əksəriyyəti bu haqda düşünmür, narahat olmur və maraqlanmır”.