Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                     Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik .....                     "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" .....                     Dövlətin dərmanları qara yollarla apteklərə verilir .....                     Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” .....                     İrəvan Bakının əsas tələbini qəbul etdi .....                     COP29-a qarşı çıxanlar kim idi? .....                     FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ .....                     Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb .....                     Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI .....                     Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu .....                     Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb .....                     Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı .....                     Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını .....                     ATƏT böhran içində, MQ isə “yaşayır” .....                     20 yaşlı qadın doğuş zamanı öldü .....                     ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı .....                     Ermənistan Bakıya nümayəndə göndərməməklə... .....                     “Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” .....                     Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? .....                     Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. .....                     AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib .....                     Qərbin agent-provokatoru ifşa edildi .....                     Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri .....                     Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri .....                     "Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" .....                     Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu .....                     “Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” .....                     AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib .....                     Trampın komandasında KİM OLURSA-OLSUN... .....                     XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... .....                     Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... .....                     İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... .....                 

"Bir az da vəzifəsində qalsaydı, "Qız qalası"nı da uçurdub, yerində göydələn tikəcəkdi" - İTTİHAM
Tarix: 26-06-2024, 08:59 | Çap et
"Bir az da vəzifəsində qalsaydı, "Qız qalası"nı da uçurdub, yerində göydələn tikəcəkdi"
Mədəniyyət Nazirliyi ötən həftə Bakı şəhərində yerləşən bir sıra tarixi binalarda aparılan təmir-bərpa və abadlıq işləri ilə bağlı açıqlama yaydı. Sənəddə diqqətçəkən məqam qurumun 2000-ci illərin əvvəllərində “qəbuledilməz üsullarla” aparılan təmir-bərpa işlərinə toxunması olub:

“Təəssüflə etiraf etmək lazımdır ki, son illər ərzində abidələrimiz məhz istifadəçilər tərəfindən ciddi təsirlərə məruz qalıb - qapı-pəncərə ətrafındakı daş fasadlar rənglənib, balkon və eyvanlar şüşələnib, fasadlarda müxtəlif naqillər və borular çəkilib, birinci mərtəbələrdə fasadlar müasir materiallarla üzlənib, kondisionerlər və reklamlar quraşdırılıb və s. 2000-ci illərin əvvəllərində yuxarıda qeyd olunan qanunsuz əlavələri aradan qaldırmaq üçün fasadların ümumi təmizlənməsi, o cümlədən qəbuledilməz üsullarla, eləcə də bir çox binaların, o cümlədən daş binaların bir rəngə boyanması baş verib. Bəzi hallarda memarlıq abidələrinin nəinki tarixi görkəmi itirilib, tikililərə bərpası mümkün olmayan ziyan dəyib. Məsaməli əhəngdaşının müasir boyalarla rənglənməsi ona gətirib çıxarmışdır ki, bu gün daş örtüklərin müəyyən yerlərdə, xüsusilə abidələrimizə gözəllik yaradan təkrarsız memarlıq detallarının ovulması baş tutub”.

Bəllidir ki, 2001-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olub. Həmin dövrdə paytaxtın baş memarı olan Eldar Qasımzadə də müsahibələrinin birində Hacıbala Abutalıbovla işləyə bilmədiyi üçün vəzifəsindən getdiyini açıqlamışdı: “Mən dedim ki, şəhərin baş memarı olduğum üçün hesab edirəm ki, bu layihə bu cür olmalıdır. Hacıbala müəllim də cavab verdi ki, Bakının başçısı da mənəm, memarı da mənəm, hakimi də mənəm”.

Görünür, Mədəniyyət Nazirliyi 2000-ci illərin əvvəllərində qəbuledilməz üsullarla paytaxtda tarixi binaların rənglənməsi məsələsinə toxunarkən özünü “Bakının hakimi” elan edən Hacıbala Abutalıbovun həmin dövrdəki fəaliyyətlərini nəzərdə tutub.

Bəs Hacıbala Abutalıbov rəsmi ittihamlara nə deyir?

Məsələ ilə bağlı “Yeni Müsavat” olaraq Hacıbala Abutalıbovun mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Qeyd edək ki, abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. Abidələrə vurulan zərərin ödənilməsi Azərbaycan Respublikası mülki qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Ödənilmiş vəsait abidənin bərpası, tədqiqi və ya qorunması tədbirlərinin maliyyələşdirilməsinə yönəldilir.

“Hacıbala oturub Qax rayonunun Sarıbaş, İlisu kəndlərindəki villalarında, orada istirahət edir. Tapmaq istəsəniz, oradadır. O, mənim xeyrimə çıxarılan 3 məhkəmə qətnaməsini icra etmədiyinə görə 3 ildən 7 ilə qədər həbs cəzası ala bilər”. Bu barədə Xalq artisti Şeyx Əbdül Mahmudbəyov “Yeni Müsavat”a açıqlamasında deyib. Xalq artisti xatırladıb ki, zamanında Abutalıbovun özbaşınalığı ucbatından öz evindən məhrum olub: “Nəsimi rayon Mirzə Ağa Əliyev küçəsində yerləşən, həyəti parka açılan çox gözəl evim var idi. O məhəllədə köhnə bakılılar yaşayırdı. Lakin illər öncə həmin ərazidə "Qış parkı" salınarkən milyonlar qazanmaq üçün başladılar orada tələsəm-tələsik parnik, dibçək ağacları basdırmağa. Həmçinin ərazinin yeraltı strukturları nəzərə almadan tikinti işləri aparılmağa. Halbuki həmin ərazi çökmələr, sürüşmələr var. Beləliklə, heç bir hazırlıq görmədən milyonlar qazanmaq üçün hər şeyi verdilər ekskavatorun ağzına. Bir dəfə isə gecənin bir aləmində evimin düz yanında 8-9 metr yer qazıb, qaraj düzəltmişdilər. Yaranmış vəziyyətlə bağlı dəfələrlə Hacıbala Abutalıbova müraciət etsəm də, heç bir nəticəsi olmadı. Dəfələrlə məhkəmə mənim xeyrimə qərar versə də, Abutalıbov 3 məhkəmə qətnaməsini yerinə yetirməkdən qaçır. Lakin bunun özü cinayət məsuliyyəti yaradır. Yəni ya Abutalıbov məsuliyyətə cəlb olunub, həbs edilməlidir, ya da mənim evimi necə dağıdıbsa, onu yerinə qoymalıdır. O ki qaldı Abutalıbovun dövründə Bakıdakı tarixi binalara, mədəni abidələrə zərər vurulmasına, Abutalıbov zamanında “Qış parkı” salmaq adı ilə dövlətdən küllü miqdarda pullar taladı. Qışa aidiyyəti olmayan guya “Qış parkı” saldı - altı qara, üstü beton. Hətta bahalı parnik ağacları gətizdirdi, indi iki ildən bir onları dəyişdirirlər, çünki işə yaramır. Əldə etdiyi milyonlarla indi Qaxın kəndlərində kef edir. “Qış parkı” salınanda ərazidə möhtəşəm, Azərbaycanda analoqu olmayan üçmərtəbəli, ağ, mərmərdən tikilmiş binanı uçurtdular. Bu bina Nobel qardaşlarına məxsus idi. Bina o qədər möhtəşəm tikilmişdi ki, bulduzerlər onu dağıtmaqda çətinlik çəkirdi. Dünyanın hər yerində bu cür binaları şərəf və ləyaqətlə qoruyub, saxlayırlar. Yoxsa ki “Bakı mənimdir, Bakı mənim şəhərimdir” deyə-deyə Abutalıbov gözəl Bakını acınacaqlı, bərbad vəziyyətə saldı. Dövlətdən “pul yemək” üçün tarixi binaların divarlarını qaşıyıblar. Dəfələrlə buna etiraz edirdim ki, bu cür binaların divarlarını qaşımaq olmaz, onun daşlarını qorumaq, xüsusi avadanlıqlara bərpa etmək lazımdır. Məndən şikayət etmişdilər ki, “Mahmudbəyov bizi qoymur işləməyə”. Ən dəhşətlisi burasındadır ki, Bakıda tarixi binaların qorunması, onlara zərər vurulmaması haqqında mətbuatda, mediada səsimi ucaldanda, buna görə tənqidlərə məruz qalanda heç kəs səsini çıxarıb, Bakı haqqında fikirləşmirdi. Abutalıbovun dövründə Bakının siması, xarakteri, obrazı itdi, dəyişdi, milli mədəni arxitekturamız eybəcər hala salındı. Bakı bu gün “köhnə daraq dişinə” bənzəyir, əndirəbadi göydələnlərlə bərbad vəziyyətə salınıb. Heç bir şəhərsalma mədəniyyətindən, estetikadan söz gedə bilməz. Harada, necə gəldi göydələnlər tikiblər. Bir binada birinin mətbəxi, o biri binadakının yatağına, qonaq otağına baxır, məcbursan ki, bütün günü pərdələri bağlı vəziyyətdə saxlayasan.

Bir sözlə, Abutalıbov Bakını xarabaya çevirib, eybəcər göydələnlərlə yükləyib. Bircə “İçərişəhər” qalıb. Abutalıbov bir az da qalsaydı, “Qız qalası”nı uçurdub, yerinə göydələn tikəcəkdi. Bu baxımdan hesab edirəm ki, Bakının bu günə salınması böyük istintaq işidir. Onu bu günə salanlar qanun qarşısında cavab verməlidir, Abutalıbov da başda olmaqla..."









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19
Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18
Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16
Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01
Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59
ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55
20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47
ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46
Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34
“Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24
Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22
Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18
AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Bu gün, 10:12
Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat
Bu gün, 10:05
Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri – Şok rəqəm
Bu gün, 10:01
Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri - FOTO, VİDEO
Bu gün, 09:58
"Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Bu gün, 09:48
Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39
“Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35
AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33
Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25
XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... - Fransanın özündən, bir də “frankofon” Ermənistandan!
Bu gün, 09:24
Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19
İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16
Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... - Ekspert danışır...
Bu gün, 09:14
Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... - "Məni hər gün 20 manat cərimə edəcəksiniz?"
Bu gün, 09:09
"Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" - Çingiz Qənizadə
Bu gün, 09:02
Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... - Bizə qarşı bir bəhanədir...
Bu gün, 08:59
“Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU - ÖZBAŞINALIQ!
Bu gün, 08:55
Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... - Dİ GƏL YAŞA...
Bu gün, 08:52
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 08:49
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:48
“Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35
Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru