ABŞ Azərbaycanla bağlı filmi niyə hər yerdən sildi?
Tarix: 20-07-2024, 08:47 | Çap et
 “I əməliyyatı və Şurikin başqa macəraları" filminin məşhurlaşdığını görən ssenari müəllifləri Yakov Kostyukovski və Moris Slobodskoy 15 iyun 1965-ci ildə “Mosfilm” kinostudiyasına məktub yazırlar ki, biz filmin davamını çəkmək istəyirik. Yeni filmin ssenarisi “Şurik dağlarda” adlanırdı və 2 hissədən ibarət idi. Birinci hissə “Qafqaz əsiri”, ikinci hissə isə “Qar adam və başqaları” idi. Sonradan filmin adı “Qafqaz əsiri və ya Şurikin yeni macəraları” seçilir.
Film Sovetlər Birliyində o qədər populyarlıq qazanır ki, rejissor və ssenari müəlliflərindən biri olan Leonid Qayday və digər ssenari müəllifləri Yakov Kostyukovski və Moris Slobodskoy hər yerdə alqışla qarşılanır. Ölkə informasiya torunun içərisində olduğu üçün heç kim şübhələnmir ki, bu filmin ssenarisi, obrazları, rejissor işi plagiat və oğurluqdur.
Filmin orijinalı 1930-cu ildə “Oskar” kino mükafatına layiq görülən “Fırıldaqçının mahnısı” (The Rogue Song) idi. Rejissor Lionel Barrimor tərəfindən çəkilmiş Amerika romantik musiqili filmini olduğu kimi oğurlayan rejissor və ssenaristlər fakt üzə çıxandan sonra heç üzr də istəmədilər.
Qeyd edim ki, rejissorun qısametrajlı “Köpək Barbos və qeyri-adi qaçış” filmi də amerikanların səssiz “Şanlı it” (The Lucky Dog) filminin süjeti üzərində qurulub.
Amerikada çəkilən filmin tamamı yoxdur. O, çox tez alışan nitroselüloz olan 35 mm-lik plyonkaya çəkilib. Lakin bu filmin surətlərinin niyə yox olması sualına cavab vermir. Niyə birdən-birə Amerika qərar verdi ki, film tamamilə yox edilsin?
Yalnız 1981-ci ildə Kembricdə filmin son versiyasına daxil edilməyən kəsilmiş fraqment aşkar edildi. 90-cı illərdə Mendə daha bir neçə səhnə aşkar edildi. Filmin üç dəqiqəlik treyleri də bərpa olunub.
Lavrensi Tibbett, Katerina Dal Oven, Nensi Oneill, Ullriç Haupt və digərlərinin rol aldığı film 1910-cü il Çar Rusiyası dövründə Qafqazda baş verən hadisəni göstərir. Ssenari müəllifləri Robert Bodanzki, Con Kolton olan filmin süjeti belə idi:
“Rusiya, 1910. Quldur Yeqor kiçik dağ otelində Vera ilə tanış olur. Onlar bir-birinə aşiq olurlar, lakin tezliklə Yeqor onun qardaşı Sergeyi öldürür. Qız da Yeqoru hakimiyyətə təhvil verə bilir və o, amansızcasına şallaqlanır. Nəhayət, onlar hələ də bir-birini sevdiklərini başa düşürlər”.
“Adi bir məhəbbət hekayəsi olan film niyə birdən-birə silinsin və bütün lentləri məhv edilsin” sualı uzun zamandır verilir və buna hərə bir izah verir. Lakin əsl səbəb başqa idi.
Sovetlərin çəkdiyi film Şimali Qafqazda baş verir, amerikanların çəkdiyi film isə Azərbaycanda. Fikir verin obrazların adlarına: Osman, Əli bəy, Mirzə, Həsən və digərləri.
Film Azərbaycan adət-ənələrini tam göstərir. Baş rolun ifaçılarının geyimləri də azərbaycanlılara məxsus geyim idi. Filmdə baş verən dialoqlar və bəzi səhnələr bizim xalqa məxsus obrazlara aid idi.
Bir haşiyə çıxım ki, Sovetlərin çəkdiyi filmdə yoldaş Saxov roluna Faiq Mustafayev namizəd olur. SSRİ xalq artisti olub, azərbaycanlıdır. Opera və Balet Teatrının bariton səsli solisti kimi Azərbaycanda əksər operalarda əsas ariyaların ifaçısı olub. Lakin Moskva rejissora azərbaycanlı obrazını filmdə verməyi qadağan edir, həm də ssenaristlər azərbaycanlı obrazına yer versəydilər, filmin oğurluğu üzə çıxardı. Ona görə də Vladimir Etuş seçilir.
Amerika 1915-ci il Osmanlı Türkiyəsində baş verən hadisələrdən sonra türklər və müsəlmanlara aid obrazların müsbət formada təqdim edilməsinə qadağa qoyur. Onlar düşünürlər ki, əllərinə osmanlılardan qisas almaq, türkləri mənfi və qəddar obrazda təqdim etmək üçün şans düşüb. Bu film isə türklərin müsbət və qonaqpərvər, şən və zərərsiz olduğunu göstərdiyi üçün qərar verilir ki, onun bütün lentləri yandırılsın və yox edilsin.
Buna görə də biz bu filmin orjinalına tam baxa bilmək imkanlarından mərhum olmuşuq.
Zaur Əliyev axar.az

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46 |
|
|
|
• "Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02 |
|
|
|
• PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58 |
|
|
|
• Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02 |
|
|
|
• "Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57 |
|
|
|
• Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52 |
|
|
|
• Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49 |
|
|
|
• “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42 |
|
|
|
• Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40 |
|
|
|
• Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32 |
|
|
|
• Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
|