"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub .....                     İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                     İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                     Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                     Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər .....                     Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                     “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi .....                     AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub .....                     “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” .....                     Kürün daşması ehtimalı yüksəkdir: .....                     "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb .....                     AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "İrəvan teatrı niyə unudulub?" .....                     “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” .....                     Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                     “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                     “Atəşgah” Sığorta Şirkətində yeni təyinat .....                     "Bu, heç bir qonorar qarşılığında mümkün deyil" .....                     “Dedi ki, donunu qaldır” .....                     DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR .....                     “Azon zavodu”nun direktoru dəyişib .....                     Xankəndidə daha bir məktəb açılacaq .....                     Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... .....                     “Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” .....                     Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi .....                     Bakıda parkinq böhranı… .....                     Azərbaycanda bu universitet .....                     Qanunları pozub cəzasız qalan Samir Mollayev... .....                     Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib .....                     Hindistan faşist zehniyyətli rejimdir .....                     İcra başçısına xanım müavin təyin edilib .....                     "Mehin uşaqdır, öz dünyası var" .....                     Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... .....                     Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                 

“Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”
Tarix: 8-01-2025, 11:21 | Çap et
“Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib,
Əməkdar mədəniyyət işçisi Nadir Azməmmədov təpədən-dırnağacan kino adamıdır. Ömrünün çox hissəsi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının pavilyonlarında, çəkiliş meydançalarında, dəhlizlərində, montaj otaqlarında keçib. Rejissor assistenti, ikinci rejissor, rejissor kimi filmlərimizin istehsalında yaxından iştirak edib, aktyor olaraq irili-xırdalı rollara çəkilib. Görkəmli sənətkarlarla çiyin-çiyinə çalışıb, həyatda dostluq edib.

Reyting.az xatırladır ki, N. Azməmmədovun rejissor assistenti olduğu “Qanlı zəmi” və “Yaramaz” filmləri Dövlət mükafatlarına layiq görülüb. Lakin təəssüf ki, quruluşçu rejissor kimi bədii ekran əsəri yaratmaq müxtəlif səbəblərdən Nadir müəllimə nəsib olmayıb. Ona görə də hesab edir ki, həm özü, həm də bu sənətdəki bir çox nəsildaşları yaradıcılıq potensiallarını tam realizə edə bilməyiblər.

- Nadir müəllim, “Azərbaycanfilm” kinostudiyası sizin təkcə iş yeriniz yox, həm də təhsil aldığınız bir məkan olub. Azsaylı sənət adamlarındansınız ki, ali məktəbdən əvvəl kinostudiyadakı aktyor kurslarında oxumusunuz. Yəqin ki, “Azərbaycanfilm”ə gəldiyiniz ilk günlər yaxşı yadınızdadır...

- Əlbəttə yaxşı xatırlayıram, axı bu məsələ təsadüfən alınan bir iş deyildi ki, yaddan çıxsın. Əksər yaşıdlarım kimi kinonun sehrinə düşmüşdüm, bu sahə ilə maraqlanırdım. Bu maraq da məni 1971-ci ildə “Azərbaycanfilm” kinostudiyasına gətirdi. Görkəmli rejissor və aktyor, SSRİ Xalq artisti Ədil İsgəndərov kinostudiyanın nəzdində aktyorluq kursu açmışdı, özümü sınamaq üçün müraciət etdim və nəticədə kursa qəbul olundum. Ədil müəllim özü, rejissor və aktyor Əbdül Mahmudbəyov kursun tələbələrinə bu sənətin sirlərini öyrətməyə başladı. Hələ onda heç ali təhsilim də yox idi, yalnız bir il sonra o vaxt İncəsənət İnstitutu adlanan indiki Mədəniyyət və İncəsənət Universitetində rejissor Əşrəf Quliyevin kursuna daxil oldum.

1976-cı ildə ali məktəbi bitirəndə bizim kursun tələbələrinin əksəriyyətini Şəki Dövlət Dram Teatrına göndərdilər, çünki orda dövlət teatrı yenidən bərpa edilirdi, gənc və ali təhsilli aktyorlara ehtiyac var idi. Mənim təyinatımı isə kinostudiyaya verdilər. Amma həmin il kinostudiyada işə düzələ bilmədim.

- Niyə?

- Çünki hərbi xidmətə getdim, 1978-ci ildə əsgərlikdən qayıdandan sonra ştata götürdülər. Həmin vaxt tanınmış rejissorumuz Şamil Mahmudbəyov Əhmədağa Muğanlının ssenarisi ilə “Od içində” filminin çəkilişlərinə başlayırdı. Məni filmin rejissor assistenti təyin etdilər, həm də filmdə epizodik rola çəkildim.

- Filmin bəzi kadrları Lənkəranda lentə alınıb. Həmin vaxt mən orta məktəbdə oxuyurdum, bizim məktəbin yaxınlığında uşaq bağçası var idi, yerli bəylərdən birinin evi olmuşdu. Yadımdadır ki, həmin bağçada bir neçə gün “Od içində” filminin çəkilişləri aparılırdı...

- Bu mənim kinoda debütüm oldu. Film Azərbaycanda sovet hakimiyyətinin qurulması barədə idi, Səməndər Rzayev, Hamlet Xanızadə, Yaşar Nuri, Muxtar Maniyev çəkilirdi. Müğənni kimi tanınmağa başlayan Yalçın Rzazadə də rol almışdı.

Şamil Mahmudbəyov savadlı, geniş dünya görüşünə malik bir insan idi. Onun kimi rejissorla çalışmaq böyük məsuliyyət tələb edirdi, görünür, işim onu qane eləmişdi, sonra məni Həsən Turabovla birgə çəkdikləri “Tənha narın nağılı” filminə də dəvət elədi. Əkrəm Əylislinin povesti əsasında ekranlaşdırılan bu filmdə mən Sadığın atası roluna çəkildim.

- Sosial şəbəkələrdə bir fotonuzu gördüm, əfsanəvi sərkərdə, general Həzi Aslanov rolu üçün qrim olunmuşdunuz deyəsən...

- Mən rejissor assistenti, ikinci rejissor olduğum filmlərin əksəriyyətində həm də müxtəlif rollara çəkilmişəm. 1985-ci ildə kinostudiyada Həzi Aslanovun ömür yolundan, İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığından bəhs edən film istehsala buraxılırdı. “Sizi dünyalar qədər sevirdim” adlanan həmin filmi Rasim İsmayılov çəkirdi, mən rejissor assistenti təyin olunmuşdum. Baş rol üçün aktyor axtarılanda Rasim müəllimin təklifi ilə Həzi Aslanov obrazı üçün fotoprob deyilən mərhələdə məni də yoxladılar. Amma axtarışlar davam edirdi.

Bir gün Ramiz Novruzla qarşılaşdıq. Həmin vaxtlar Ramiz Novruz Akademik Milli Dram Teatrının truppasına yeni qəbul olunmuşdu, təzə-təzə tanınmağa başlayırdı. Gördüm ki, Ramiz Novruzun həm sifətdən Həzi Aslanova bənzəri var, həm də yerişindən-duruşundan hərbçiyə oxşayır. Rasim İsmayılova bu barədə deyəndə ona çox qəribə gəldi, inanmadı ki, mən aktyor yoldaşıma görə rolumdan imtina edə bilərəm. Ramiz Novruzu sınaq çəkilişlərinə dəvət etdilər və bəyəndilər. O, kinodakı bu obrazı ilə məşhurlaşmağa başladı. Ramiz rəhmətlik dünyasını dəyişənə kimi hər dəfə bu barədə söhbət düşəndə deyirdi ki, məni Həzi Aslanov rolunda birinci dəfə Nadir gördü.

- “Azərbaycanfilm” kinostudiyasının belə deyək də, ən qaynar dövrünün şahidisiniz, yaradıcılıq prosesinin içində olmusunuz. Həmin dövrü necə xatırlayırsınız?

- Həqiqətən də kinostudiyada əsl yaradıcılıq mühiti var idi, bədii və sənədləri filmlər, müasir dillə desək, animasiya filmləri, “Mozalan” üçün süjetlər çəkilirdi. Görkəmli rejissorlar, aktyorlar, operatorlar, rəssamlar, ssenaristlər və redaktorlar, kadr arxasında qalan, tamaşaçıların görmədiyi kino mütəxəssisləri burda çalışırdı. Hər gün belə insanlarla təmasda olmaq, yaradıcılıq prosesində iştirak etmək, sənət barədə müzakirə aparmaq şübhəsiz ki, insana zövq verirdi. Həmişə deyirəm, kinostudiyada təkcə sənət dərsi yox, həm də həyat dərsi almışam. Nəhəng sənətkarlarla dostluq etmişəm, onlardan çox şey öyrənməyə çalışmışam. Bir-bir onların adlarını çəksəm, çox uzun bir siyahı alınar, çox təəssüf ki, onların çoxu indi həyatda yoxdur...

Sizinlə söhbət edə-edə Əjdər İbrahimovla bir yerdə çalışdığım günlər yadıma düşdü. SSRİ xalq artisti Əjdər İbrahimov çox sanballı, nüfuzlu rejissor idi, Vyetnamın milli kinosunu yaratmışdı. Uzun müddət “Mosfilm” kimi böyük bir kinostudiyanın ilk partiya təşkilatının sədri olmuşdu. 1979-cu ildə Əjdər müəllim “Azərbaycanfilm”də Nazim Hikmətin ssenarisi əsasında “Qəribə adam” bədii filmini çəkirdi, mən də həmin filmdə rejissor assistenti kimi işləyirdim. Əsər Türkiyə həyatından bəhs etdiyindən filmə çəkmək üçün bizə xarici avtomobillər lazım idi. O dövrdə də Bakıda belə maşınları barmaqla saymaq olardı. Həmin maşınları da lazım olan günlərdə çəkiliş meydançasına gətirmək üçün Dövlət Avtomobil Müfəttişliyi bizə kömək etməli idi. Lakin bu proses nədənsə uzanırdı, hər gün bir bəhanə gətirirdilər. Bir gün məcbur qalıb məsələni Əjdər müəllimə dedim. Möhkəm əsəbiləşdi, getdik kinostudiyanın direktoru Cəmil Əlibəyovun kabinetinə, problemi ona danışdı. Mənə dedilər ki, sən get, özümüz həll edərik. Növbəti çəkiliş günündə xarici maşınlar bizim sərəncamımızda oldu. Sonra öyrəndim ki, Əjdər İbrahimovla Cəmil Əlibəyov dövlət telefonu ilə Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevlə danışıb filmin çəkilişində yaranan problem barədə məlumat veriblər. Heydər Əliyev də məsələnin həlli üçün dərhal göstəriş verib.

İllər öncə istehsal olunmasına baxmayaraq “Azərbaycanfilm”in çəkdiyi filmlərin əksəriyyətinə bu gün də tamaşaçılar maraqla baxır, filmlərdən sitatlar gətirirlər. Çünki həmin ekran əsərlərini istedadlı və peşəkar insanlar ərsəyə gətirirdi. Hər zaman fəxr edirəm ki, bu işlərdə mənim də zəhmətim olub. Mən Dövlət mükafatına layiq görülən iki filmimizin - Qaçaq Nəbi haqqında Həsən Turabovla Əbdül Mahmudbəyovun birgə çəkdikləri “Qanlı zəmi” və Vaqif Mustafayevin “Yaramaz” filmlərinin ikinci rejissoru olmuşam.

- Amma özünüz quruluşçu rejissor kimi film çəkə bilmədiniz...

- Sovet dövründə kinostudiyanın yazılmamış qaydaları var idi, Moskvada ali təhsil alıb gəlsəydin belə sənə birdən birə heç vaxt çəkməyə film verməzdilər. Gərək rejissor köməkçisi, assistenti, ikinci rejissor kimi mərhələləri keçəydin, sonra qısametrajlı bir film çəkə biləydin. Yalnız bu etapları keçəndən sonra sənə tammetrajlı film çəkməyə icazə verirdilər. Mən də bu mərhələlərin hamısını keçmişdim, sonuncu mərhələ yaxınlaşanda sovet dövləti dağıldı, siyasi-iqtisadi əlaqələr qırıldı, kinoprokat məhv oldu, “Azərbaycanfilm” ağır günlərini yaşadı. Quruluşçu rejissor kimi film çəkmək mənə qismət olmadı. Dediyim kimi, bir siyasi quruluşdan digərinə keçidi yaşadığımızdan tək mən yox, həmyaşıdlarımın çoxu öz istedadlarını, yaradıcılıq potensiallarını tam realizə edə bilmədi. Bu məsələdə özümü də “günahkar” görürəm, çünki həmişə zəmanə adamı yox, həqiqətin adamı olmağa çalışmışam. Elə o vaxt da, indi də belə hesab edirəm ki, zəmanə dəyişə bilir, amma həqiqət heç zaman dəyişmir.

- Deyəsən çəkiliş meydançaları üçün darıxırsınız. Bəzən teleseriallarda rol almağınız bununla bağlıdır?

- Uzun müddət qaynar kino mühiti görən adam üçün indiki dövrü yaşamaq çətindir. Təbii ki, çəkiliş prosesi üçün darıxıram, amma bu demək deyil ki, teleseriallardan gələn hər təklifə dərhal razılaşmalıyam. İndi kino adamı kimi bir çox şeylər məni qane etmir. Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər.

“Ata ocağı”, “Sonuncu fəsil” və “Vicdan haqqı” teleseriallarında çəkilmişəm. Adını çəkdiyim sonuncu iki teleserialın rejissoru Rövşən İsaxdır. Rövşənin işləri niyə maraqla baxılır? Çünki Rövşən İsax kinodan gəlib, bu işi bilir. Bayaq dediyim kimi, rejissor olmaq, kino çəkmək üçün gərək kinoda bir neçə mərhələni keçəsən. Təəssüf ki, bəziləri yazılmamış bu qanuna qeyri-ciddi yanaşır və ona görə də ortaya uğurlu bir iş qoya bilmir.

Etibar CƏBRAYILOĞLU
Reyting.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru