!["Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" "Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin"](https://dia-az.life/uploads/posts/2025-02/thumbs/1739130672_289571_1ukok5ijpk.jpg)
"İngilis bizə gəlir ingilis dilində, biz ora gedirik yenə ingilis dilində danışırıq. Eləcə də, rus gəlir rus dilində danışır. Biz də ora gedirik rus dilində danışırıq. Bunu Dubayda olanda anladım. Ərəblə, ingilislə Azərbaycan dilində danışdım. Anladım ki, bizdə kompleks var".
Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov yutubda yayımlanan "Səhnə adamı" layihəsinə açıqlamasında deyib. Elməddin ən böyür arzusunun Göyçə mahalına qayıtmaq olduğunu deyib:
"Deyirəm, bunu istəyirəm, neçəyədir. Deyirəm, ucuz verirsən? Dil tapır. Mən alıcı, o satıcıdırsa, satmaq üçün hər şey edir. Mənim dilimə hörmət etsin. Çoxluğun dilinə tabe olmalıdır. Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin. Dilimi çox sevirəm. Allah nəsib etsin Göyçə mahalında kəndimə qayıdım. Evimizi görmək arzumdur. Niyə də köçüb orada yaşamayım?".