
Əməkdar artist Firuzə İbadova aktyor, Əməkdar artist Rəhman Rəhmanovun ilk məhəbbəti olub.
Axşam.az xəbər verir ki, bu barədə aktyor "Elgizlə izlə" verilişində etriaf edib:
"Firuzə xanımı 16-17 yaşımdan tanıyıram. Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum. İlk məhəbbətim olub. Onu hər dəfə görəndə yenidən vurulurdum. Eqimi elan edəndə mənə dedi ki, "Bacım (Rəhilə İbadova) da Kukla Teatrında işləyir, sən də. Bəsdir, Kukla Teatrı ilə qurtardıq". Amma sonra dedi ki, incimə, ömrümün sonuna qədər dostum olaraq qalacaqsan". 60 ilə yaxındır dostluq edirik”.