Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                     İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                     Sovetin ölüm balonu: .....                     Sahib Məmmədovun “agent ovu”: .....                     Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                 

"İndi məni təhqir edənlər savadsızlıqlarını vətənpərvərlik adı altında gizlədənlərdir" - Ayaz Salayev də BELƏ DEYİR...
Tarix: 10-03-2025, 09:16 | Çap et
"İndi məni təhqir edənlər savadsızlıqlarını vətənpərvərlik adı altında gizlədənlərdir"
Kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayevin APA-ya müsahibəsini təqdim edirik:

- Ayaz bəy, baxdığınız ilk film hansı olub?

- 17 yaşıma qədər baxdığım filmlərin hamısını dəqiq xatırlayıram. Biz 5 nömrəli çörək zavodunun yanında qalırdıq. İndi fəaliyyət göstərmir. Onun yanında “Xəzər” kinoteatrı var idi. “Heraklın şücaətləri” filmi mənə çox təsir eləmişdi. Onda mənim 5 yaşım var idi. Sonra “Sindibadın yeddinci səyahəti” və “Parisin sirləri” filmlərinə baxdığım da yadımdadır.

- Rejissorluq uşaqlıq arzunuz olub, yoxsa bu sevgi sonradan yaranıb?

- O dəfə bir dostumla bu barədə danışırdıq. Mənə dedi ki, sən elə uşaqlıqdan kinodan danışırdın. Uşaqlıqdan qarşıma məqsəd qoymuşdum ki, mən kino ilə məşğul olacağam.

Belə çıxdı ki, Moskvada təhsil alan adam burada heç nəyə lazım deyil

- Moskvaya gedişiniz necə oldu? Deyirlər, sizi ora seçib aparıblar.

- Qəti! O vaxtlar Rusiyanın hansısa şəhərində oxumaq üçün təyinat alırdınsa, 3-lə girə bilirdin, ancaq ümumi müsabiqədə iştirak eləyə bilmirdin. Bir şərtlə qəbul eləyirdilər ki, sən öz ölkənə qayıdıb orada işləməli idin. Mənə o təyinatı vermədilər. Mən ümumi müsabiqəyə getdim. 200 nəfər adam var idi. Yeddi fəndən imtahan verdik: resenziya, söhbət, nəzəri iş, yazılı və şifahi ədəbiyyat, xarici dil və tarix. Mən altı 5, bir 4 aldım. Hamıdan çox bal topladım.

Tələbəlik illərim ən xoşbəxt illərimdir. Çox gözəl təhsil verirdilər. Mənim təhsil aldığım yer sırf Kino İnstitutu deyildi, humanitar institut idi. Mədəniyyətşünaslıq, xarici ədəbiyyat, hər şeydən əvvəl mühit... 8 il... 5 il mənə çatmadı. Sonra aspiranturaya imtahan verdim. O da təyinatsız. 3 ildən sonra hiss eləyə bildim hər şeyi və qayıtdım.

- Və Bakıya gələndən sonra bir müddət işsiz qaldınız...

- Düz yarım il işsiz qaldım. Belə çıxdı ki, Moskvada təhsil alan adam burada heç nəyə lazım deyil. Sonra “Azərbaycanfilm” Kinostudiyasında redaktor kimi işləməyə başladım. Bir möcüzə baş verdi. AzTV-nin rəhbəri Elşad Quliyev “Retro” verilişini açanda məni dəvət elədi. Layihə müəllifi də o idi. 1883-85-ci illərdə o verilişi apardım. Sonra 1986-cı ildə aspirantura təhsili üçün Moskvaya getdim. Çünki institut üçün çox darıxırdım. Oxuya-oxuya dərs də deyirdim. Düzdü, orada millətçilik var idi, ancaq iş təklifi almış yeganə azərbaycanlı mən idim. İlk dəfə dərs deməyə orada başladım.

Sovet hökuməti qalsaydı, ömrümdə film çəkməzdim

- Orada çox tanınırdınız. İşiniz də var idi. Bəs niyə qayıtdınız?

- Bir neçə səbəbi var idi. Birincisi, hansısa qüvvə məni həmişə bura çəkib. Mənim üçün Vətən boş söz deyil. İkincisi, mən kino çəkmək istəyirdim. Bilirdim ki, orada kino çəkməyə imkanım olmayacaq. Tələbələrim filmlər çəkəcəklər, festivallara gedəcəklər, mən isə ömür boyu əlimdə çanta o koridorlarda dolaşacağam. Bu tale məni qane eləmirdi. Üçüncüsü, o vaxt Qarabağ problemi yaranmağa başlamışdı. Əksəriyyət ermənilərin tərəfinə keçmişdi.

Mən bura tətilə gələndə kino çəkmək istəyi yarandı. Sovet hökuməti qalsaydı, ömrümdə film çəkməzdim. O senzura şəraitində iş görə bilməzdim. “Debüt” studiyası var idi. Rəhmətlik Eldar Quliyev oranın bədii rəhbəri idi. Mən onun yanına getdim. O mənə bir sənədli film mövzusu verdi. Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım haqqında sənədli film çəkmək təklif olundu. Filmi çəkməyə başlayandan sonra bir ayağım Moskvada, bir ayağım Bakıda idi.

- “Retro” verilişi niyə davam eləmədi?

- Bakıya gələndən sonra verilişi bir həftə mən aparırdım, bir həftə Həmidə Ömərova. Sonra “Yarasa”nı çəkməyə başladım, ona görə də “Retro”nu apara bilmədim.

Bəlkə, büdcəm geniş olsaydı, xaricdən aktyorlar gətirərdim

- Filmin ideyası haradan gəldi?

- Moskvada aspiranturada oxuyanda beynimə bir ideya gəldi. Nabokovun “Qaranlıqda gülüş” adlı bir romanı var idi. Oxuyanda çox təsirlənmişdim. İdeya deyərdim ki, 5 dəqiqədə gəldi. O filmə qədər bir dəqiqə də aktyorlarla işləməmişdim.

Məndə o filmi çəkməyə istək var idi. Ancaq belə anlarda film çəkmək əlverişlidir. Bəziləri deyir ki, hər filmini axırıncı filmin kimi çəkməlisən. Ancaq məncə, hər filmini ilk filmin kimi çəkməlisən.

O filmi çəkəndə məni heç nə maraqlandırmırdı. Festivallara gedəcək, ya yox, düşünmürdüm.

- Aktyor seçimi necə oldu?

- Bəlkə, büdcəm geniş olsaydı, xaricdən aktyorlar gətirərdim. Ən böyük problem aktrisa ilə bağlı idi. Demişdilər ki, aktrisa olsa, film də olacaq, olmasa, olmayacaq. Nəhayət, Moskvada Mariya Lipkina tapıldı. O mənim ilham pərim idi. O vaxta qədər heç bilmirdim ilham pərisi nə deməkdir. O nə anadır, nə bacı, nə də sevgili. Tamam başqa duyğudur.

- Filmdən sonra münasibətləriniz davam elədi?

- Hərdən yazışırıq. Çox nadir hallarda. Bir-birimizə münasibətimiz çox yaxşıdır, amma aramızda həmişə kinokamera var.

- Film necə qarşılandı?

- Mənim üçün bu, həqiqətən, möcüzə oldu. Film Berlin Film Festivalının siyahısına düşdü. Mən ora gedib təyyarədən düşəndə şok olmuşdum. Adamlar məni tanıyırdı.

Bu film çox seçilir. Ənənəvi Azərbaycan kinosu, sovet filmi deyil. Öyrəşmək üçün vaxt lazım idi. Demirəm ki, çox güclüdür, ancaq fərqlidir.

Kinomuzda Qara Qarayev, Tahir Salahov səviyyəsində sənətkarlarımız çox azdır

- Ümumiyyətlə, sovet dövründə çəkilən filmlərimiz barədə nə düşünürsünüz?

- Bir neçə şah əsər var. Mən birinci növbədə “Mavi dəniz sahilində”ni qeyd eləyərdim. Sovet dövrü filmlərimiz tamaşaçılar tərəfindən sevilir. Ancaq kinomuzda Qara Qarayev, Tahir Salahov səviyyəsində sənətkarlarımız çox azdır. 90-cı illərdə çəkilən filmlərimiz daha uğurludur. Məsələn, Hüseyn Mehdiyevin “Özgə vaxt”, Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru” filmləri sovet filmlərindən çox fərqlənirdi. Cəmil Quliyevin “Cansıxıcı əhvalat” filmi də çox yaxşıdır. Sadəcə, o film vaxtından tez çəkildi, “Dəmir pərdə” götürülməmişdi. Bir neçə il sonra çəkilsəydi, festivalları gəzəcəkdi.

Ancaq 2000-ci illərdə kinomuzda çöküş yaşandı. 90-cı illərdəki rejissorlarımız sovet vaxtında yetişmişdi, həmin vaxt sözlərini deyə bilmirdilər, imkan yaranan kimi gözəl işlər ortaya qoydular. Ancaq davamı gəlmədi. Kinoya milli mədəniyyətin tərkib hissəsi kimi yanaşmaq lazımdır. Kino güzgüdür. Xalq o güzgüyə baxsa, özünü dərk edə bilər.

Gördüyüm filmlər məni o qədər də sevindirmir

- Gənc rejissorların fimlərində bu öz əksini tapır?

- Gördüyüm filmlər məni o qədər də sevindirmir. Gənclərdə sənət axtarışları, istedad və təhsil çatışmır. Kinonu bilmək bəs eləmir. Dünya ədəbiyyatını, təsviri sənəti bilmək lazımdır, ancaq bilmirlər. Bu da çəkilən filmlərdə aydın görünür.

- Reallaşdıra bilmədiyiniz fikirləriniz, ideyalarınız olub?

- Bir neçə ideyam var ki, onları heç vaxt reallaşdıra bilməyəcəyəm. Çünki böyük vəsait tələb eləyir. O da ki, indi bizdə yoxdur.

Mənim imtina etdiyim işlərim də var. Elə bir rejissor yoxdur ki, bütün filmləri uğurlu olsun.

- Məsələn, “Ağ-qara gecələr”...

- Bəli. O işim də məni qane eləmədi. Orda birbaşa sənət problemi var idi. Başqa heç nə. Bəzən alınır, bəzən alınmır. Rejissorları zəif yox, güclü filmləri ilə tanıyırlar.

- Hazırda yeni film üzərində işləyirsiniz?

- Əlimdə bir ssenari var. Mütləq yeni film çəkəcəyəm. Psixoloji dram janrında olacaq. Mən milli film çəkmək iddiasındayam.

Kinomuzun gələcəyini düşünməliyik

- Festivallarda qalib olan filmlərimiz necə, sizi qane eləyir?

- Festivallar bizim kimi kinematoqrafiyası olan ölkələri istədikləri kimi formalaşdırmağa çalışırlar. Festival filmləri xarici tamaşaçının istəkləri nəzərə alınaraq çəkilir. Baxdıqlarım arasında heç bir filmi bəyənməmişəm.

Maddi məqsədlər üçün çəkilən filmlərin isə keyfiyyəti ortadadır.

Kinomuzun gələcəyini düşünməliyik. Bəzən kamera arxasında rejissorun varlığı hiss olunmur.

- Rejissorun hiss olunmamağı pisdir, sizcə?

- Əlbəttə. Sənətkarlıq, istedad hiss olunmalıdır. Ən böyük problem bilirsiniz nədir? İri planlar yoxdur. Gözlər... Baxışlar... İnsan sevincdən ağlaya, kədərdən gülə də bilər. Duyğu, həyəcan... İri planlar yoxdursa, insan, onun daxili aləmi yoxdur. Mövzular da çox bayağıdır.

İndiki ARKA-nın fəaliyyətindən razıyam, Orxan Fikrətoğlunun fəaliyyətini isə müsbət dəyərləndirirəm

- Sizi qane eləyən filmlərin çəkilməməsində kino təşkilatlarının rolu var? Məsələn, Azərbaycan Respublikası Kino Agentliyinin?

- Kinoya təşkilatların təsiri olsa da, şişirdildiyi qədər deyil. Kino adamlarının rolu daha çoxdur.

İndiki ARKA-nın fəaliyyətindən razıyam. Orxan Fikrətoğlunun (ARKA-nın baş direktoru vəzifəsini icra edən-red.) fəaliyyətini müsbət dəyərləndirirəm. Sadəcə, onlar özləri film çəkə bilməzlər. Mən hazırda ARKA-nın rəhbəri olsaydım, çətin ki, nəsə eləyə bilərdim. Mən indi Rejissorlar Gildiyasının sədriyəm, ancaq bu, fərqlidir. Hər şey rejissorlardan asılıdır.

Rüstəm İbrahimbəyovla yanaşmalarımız fərqli idi

- Bəs, Azərbaycan Kinematoqrafçılar İttifaqı...

- Bəziləri düşünür ki, kinoda birlik olmalıdır. Mən elə düşünmürəm. Kinoda mövqe müxtəlifliyi olmalıdır. Vaxtilə kino ittifaqı iki təşkilata bölünmüşdü. Mən canla-başla ikinci təşkilata keçdim. Məni heç kim buna məcbur eləmədi. Demişdim ki, təşkilatlar birləşsə, mən çıxacağam. Elə də oldu. Birləşəndən sonra çıxdım. Çünki Rüstəm İbrahimbəyovla yanaşmalarımız fərqli idi.

- Kinonun inkişafı üçün dövlət dəstəyi mütləqdir?

- Kommersiya filmləri mütləq özəl vəsaitlə çəkilməlidir. Dövlət o filmlərə bir qəpik də buraxmamalıdır. Pul qazanmaq məqsədilə film çəkirsənsə, o pulu da özün tapmalısan.

Qarşısına milli mədəniyyəti tanıtmaq məqsədi qoyan sənət nümunələrinin çəkilməsinə dövlət dəstəyi mütləqdir. Kino başqa cür yaşaya bilməz. Çünki başqa heç kim elə filmə vəsait ayırmayacaq.

Maddi problem yaşayan qəhrəmana pul ver, hər şey düzələcək

- Bir zamanlar kinoda, ədəbiyyatda balaca adamların həyatından bəhs olunurdu. Bəs indi kino necə olmalıdır?

- İnsanların, fərdlərin maddi problemlərini göstərmək olar, ancaq bu, xüsusi ustalıq tələb eləmir. Xalqın daxili məzmununu tutub qəlbdən keçirib ekrana gətirmək lazımdır. Dərin və zəngin daxili aləmi olan insanları ekrana gətirmək sənətkardan ustalıq tələb eləyir. Sənətkar adi təsəvvürlərin fövqünə qalxmalıdır. Maddi problemləri hər kəs yaşayıb, yaşayır. Onlar həyatı müəyyənləşdirən problemlər deyil. Maddi problem yaşayan qəhrəmana pul ver, hər şey düzələcək. Qəhrəmanlara hörmətlə yanaşmaq lazımdır. Böyük sənətkarlar özlərindən üstün qəhrəmanlar yaradırlar. Onlar mənəviyyatımızın sakinlərinə çevrilirlər.

Xocalı faciəsini dünyaya çatdıran film çəkilməyib

- Sizcə, biz 30 il ərzində Qarabağa layiq film çəkə bildik?

- Mən istəyən səviyyədə yox. Xocalı faciəsini dünyaya çatdıran film çəkilməyib. Müharibə maraqlı tamaşa deyil. Elə bir film çəkmək lazımdır ki, dünya tamaşaçısı filmə baxıb sənin faciəni öz faciəsi kimi qəbul eləsin.

Qarabağı alanlarla incəsənəti yaradanlar fərqli adamlar idilər. O boyda faciə yaşamışdıq, ancaq heç nə çəkilmədi.

On ildir televizora baxmıram

- Televiziyaya, yayımlanan verilişlərə münasibətiniz necədir?

- Bu gün TV kanallarını internet televiziyası əvəz eləməyə başlayıb. On ildir televizora baxmıram. Ancaq kompüterdə bəzi verilişləri izləyirəm.

Təhqir eləyənlər məni haqlı çıxardılar, bu, natamamlığın nəticəsidir

- Rus və türk dilləri ilə bağlı çıxışınızın belə səs-küy yaradacağını düşünürdünüz?

- Qətiyyən! Ağlıma da gəlməzdi. Ancaq təhqir eləyənlər məni haqlı çıxardılar. Bu, natamamlığın nəticəsidir. Haqqımda deyilənlərə qulaq asmıram. Burda mövzu rus sektoru deyil. Ölkəmiz hansı yollarla inkişaf eləyəcək? Məqsədimiz var idi – Qarabağ. Müstəqilliyimizin adı Qarabağ idi. 30 illik tariximiz bitdi. Yeni tarix başlayır.

İkinci dil bilməyən cərraha özünüzü, doğmanızı əmanət eləyərsiniz?

- Sizcə bu yeni tarixdə rus dilinin yeri olacaq?

- Əlbəttə! Yeni tariximizdə rus dilinin yeri şübhəsizdir. Öz dilindən əlavə başqa bir dili Ana dili səviyyəsində bilən adam daha çox inkişaf eləyir. Bu, türk dilinə aid deyil. Çünki bizim dil türk dili ilə çox oxşardır. İkinci dil bilməyən cərraha özünüzü, doğmanızı əmanət eləyərsiniz? Azərbaycan dili müəlliminin ikinci dil bilməməyini qəbul etmək olar? Yox, heç vaxt! Məni təhqir eləyənlər savadsızlıqlarını vətənpərvərlik adı altında gizlətmək istəyənlərdir.

Mənim birinci dilim rus dilidir. Elə olmasaydı, Moskvaya gedib yaxşı oxuya bilməzdim. Mən onlarla bir səviyyədə idim, hətta bəzi məsələlərdə onları keçmişdim. Mən aldığım təhsili özümdə saxlamadım, mədəniyyətimiz yolunda xərclədim. Onlar heç öz dillərini düz-əməlli bilmirlər.

Rusiya ilə məsələ gərginləşən kimi bu məsələni qaldırırlar

- Deyirlər ki, rus dili müstəmləkəçinin dilidir.

- Hindistanda, Pakistanda hamı ingiliscə bilir. Rus dili də dünyada 6 beynəlxalq dildən biridir. Mənə o sözləri deyənlər başlarına çoban papağı geymiş geridəqalmışlardır. Rus dili bu gün də bizə lazımdır, çünki dünya dilidir.

Bizim kimi kiçik xalqlar mədəniyyətini öz dilində yaradır, ancaq təhsili başqa dildə alır. Təhsil mütləq böyük xalqların dilində alınmalıdır. Rusiya ilə məsələ gərginləşən kimi bu məsələni qaldırırlar. Çünki natamamdırlar. Adamlar baxırlar ki, Bakıda fərqli dildə danışılır, əsəbiləşirlər, çünki bilmirlər, başlayırlar pisləməyə. Heç kim heç kimə üstdən-aşağı baxmır. Mənim kiçik qızım rus sektorunda oxuyur, deyir ki, bizdə Azərbaycan sektoru çox güclüdür.

Nizami Gəncəvi fars dilində yazıb, onun əsərlərinin rus dilində tərcüməsi Azərbaycan dilində tərcüməsindən daha keyfiyyətlidir

- Rus sektorlarının bağlanması məsələsi də müzakirə olunur. Əsas gətirirlər ki, vətəndaşların vergisi ilə dövlət məktəblərində xarici dildə təhsil olmamalıdır.

- Sənin verginlə uşaqlara dil öyrədirlər. Rus sektoru çox yaxşı nəsil yetişdirir. İnsan bədənində elə orqan var ki, kiçikdir, amma o olmasa, olmaz. Rus dili də belədir. Qarabağı qaytardıq, başımızı əymədik. Başqa nə lazımdır?

Nizami Gəncəvi fars dilində yazıb. Onun əsərlərinin rus dilində tərcüməsi Azərbaycan dilində tərcüməsindən daha keyfiyyətlidir. Bunu mütəxəssislər də təsdiqləyir.

İnsan bilmədiyindən qorxur. Bu da belə bir şeydir.

- Türk dili təhlükəsini hansı məqamlarda hiss edirsiniz?

- Seriallar sayəsində dilimiz aşınır. Oxşar dillər olduğuna görə dilimiz ciddi təsirə məruz qalır. Bunu mən yox dilçilər, yazıçılar deməli idi. Bu gün Türkiyədə balaca bir qəsəbədə Aytmatova büst qoyublar. O, hansı dildə yazıb? Rus dilində. Ancaq, məsələn, ermənilərin ən böyük şairi hesab olunan Sayat Nova da azərbaycanca yazırdı.

Bu sözlərimə görə məni vətən xaini elan elədilər.

Onlar “Böyük qardaş” sindromundan əziyyət çəkirlər.

Mən SSRİ-yə nifrət eləyirəm

- Ancaq bəziləri yazırdı ki, Ayaz Salayev Sovet həsrəti çəkir.

- Bu, axmaq, bayağı fikirdir. Mən SSRİ-yə nifrət eləyirəm. Uşaq vaxtı atamla Bulvarda gəzəndə müstəqillik arzulayırdıq. Biz onlardakı millətçiliyi, şovinizmi görürdük. Xüsusilə də Qarabağ müharibəsi başlayanda sonra. Mən həmin vaxtlarda, 20 Yanvarda Bakıda idim. Çox şey gördüm. Ancaq bunun dilə nə aidiyyəti var? Mən rus dilində yaxşı danışdığıma görə Rusiyada xalqımın həqiqətlərini dilə gətirə bildim. Onlar bunu eləyə bilər? Heç vaxt! Onlar heç adam arasına çıxarılası deyillər. Mənim onlara yazığım gəlir. Onlara qətiyyən meydan vermək olmaz.

Mən heç vaxt başqa millətdən bir qadınla evlənməzdim

- Bəs evdə qızlarınızla hansı dildə ünsiyyət qurursunuz?

- İki dildə. Bizdə həmişə belə olub. Valideynlərimlə də həmişə iki dildə danışmışam. Bu, son dərəcə normaldır. Atam özü də millətçi idi. Təəssüf ki, 1985-ci ildə rəhmətə getdi. Mən heç vaxt başqa millətdən bir qadınla evlənməzdim. O da icazə verməzdi. Düzdü, bizdə sənət adamları əcnəbi qadınlarla evləniblər, ancaq mənim təbiətimdə bu yoxdur. Çünki başqa millətdən olan qadınlar sənin ölkənin uğurlarına sevinmirlər.

- Son olaraq, dünya və Azərbaycan kinosundan hansı filmləri sevirsiniz?

- Fellininin “Yol”, “Kabiriyanın gecələri” və “Səkkiz yarım” filmləri. Antonioninin “Tutulma” filmi də möhtəşəmdir.

- Bəs Azərbaycan kinosunda?

- “Mavi dəniz sahilində”, Cansıxıcı əhvalat”, “Uzaq sahillərdə” və “Kəndlilər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Bu gün, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Bu gün, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Bu gün, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Bu gün, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Bu gün, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Bu gün, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Bu gün, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Bu gün, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Bu gün, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Bu gün, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Bu gün, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Bu gün, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Bu gün, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Bu gün, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Bu gün, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Bu gün, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Bu gün, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34
Putin İrana gedəcək
Bu gün, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru