“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” .....                     Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi .....                     "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." .....                     Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi .....                     Paytaxtda dilimizə sayğısızlıq .....                     Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub .....                     Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə .....                     Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir .....                     Nə üzlə gəlmişdi, nə sözlə getdi .....                     Bərdədə QOÇULUQ EDƏN KİMDİR? .....                     Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var .....                     Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... .....                     Kəlbəcərin azad edilməsindən 4 il ötür .....                     Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir .....                     "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." .....                     Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... .....                     Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT .....                     Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... .....                     Müxalifətin aksiyası dağıdıldı .....                     İlham Məmmədova ağır itki üz verib .....                     Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? .....                     2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... .....                     Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək .....                     "Valideynimin səhhətində olan problemə görə buradayam" .....                     Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? .....                     "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." .....                     Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? .....                     “Başıma o boyda faciə gəldi ölmədim, amma... .....                     "Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                 

Tanınmış xanım aparıcı: “...Sevgilim olmayıb”
Tarix: 22-12-2014, 09:52 | Çap et
Tanınmış xanım aparıcı: “...Sevgilim olmayıb”
Kulis.az-ın yeməli söhbət layihəsinin qonağı məşhur aparıcı Günay Yelmarqızıdır.

- Günay xanım hansı yeməkləri sevirsiz?

- Yarpaq dolması, badımcan dolması və dovğanı.

- Özünüz nə bişirirsiz?

- Vaxtım olanda bişirirəm. Amma bu çox nadir hallarda baş verir. Etiraf edim ki, 18 yaşımdan çalışdığıma, subay olduğuma və ailəmlə yaşadığıma görə evdarlıq qabiliyyətim barədə nəsə deyə bilmərəm. Evdə yemək məsələlərinə anam baxır. İşdən gec getdiyim üçün artıq mənim nəsə hazırlamağıma ehtiyac qalmır. Ancaq bu o demək deyil ki, yemək bişirməyi bacarmıram. Ümumiyyətlə, mənim leksikonumda “bacarmıram” sözü yoxdur. Ola bilər bu günə qədər hər hansı yeməyi bişirməmişəm. Amma bu o demək deyil ki, bişirə bilmərəm. Məsələn, plovu ilk dəfə Amerikada yaşayanda dəmlədim və heç də pis alınmadı. Ancaq daha çox salatlar hazırlamağı sevirəm. Bir şeyi də deyim ki, əlim çox dadlıdır. Bişirdiyim yeməklər pis alınmır. Yemək hazırlayanda özümdən nəsə əlavələr etməyi, müxtəlif ədviyyatlar qatmağı sevirəm. Amma xüsusi reseptlə hazırladığım bir yemək yoxdur.

- Bir müddət Amerikada yaşadız. Oranın yeməkləri ilə aranız necə idi? Ümumiyyətlə, Amerika sizin üçün maraqlı oldu?

- Düzünü desəm oranın yeməklərini bəyənmədim. Əslində Amerika mətbəxinin xüsusi özəlliyi ilə seçilən bir yeməyi də yoxdur. Daha çox fast foodları ilə məşhurdurlar. Mən orada yaşadığım müddətdə özüm evdə ağız dadıma uyğun yeməklər bişirirdim. Vaşinqtona gedəndə ilk işim çay, mixək və hil almaq olmuşdu. Evdə əsl Azərbaycan çayı dəmləyib içirdim. Hətta dostlar hərdən deyirdilər ki, gedək Günay bizə Azərbaycan çayı dəmləsin. Amerikaya gəldikdə, məni bu ölkədə təəccübləndirən, ya da xüsusi diqqət və marağımı çəkən nəsə yoxdur. Hətta hava limanına ilk düşəndə bir balaca xəyal qırıqlığına da uğramışdım. Yəni, Amerika xüsusən filmlərdə təqdim olunduğu kimi qeyri-adi, fantastik və möcüzələr ölkəsi deyil. Adi bir ölkədir. Təbii ki, özünəməxsus özəllikləri də var. Mən Vaşinqtonda yaşamışam. Bir neçə ştatda və şəhərlərdə olmuşam. Ən çox sevdiyim şəhər elə Vaşinqton oldu. Bu şəhərin özünəməxsus aurası və cazibəsi var. Çox sadə, amma gözəl şəhərdir.

- Xarici mətbəxdə sizi təəccübləndirən yemək olub?

- Mən bir az yeməklərə qarşı diqqətliyəm. Ağız dadıma uyğun olmayan yeməklər əsla diqqətimi çəkmir. Amerikada sevmədiyim cəhətlərdən biri yeməklərdə normadan çox sarımsaqdan və tomatdan istifadə etmələri oldu. Yeri gəldi-gəlmədi, uyğun oldu-olmadı bütün ədviyyatları, xüsusən tomat, pendir və sairə tökürlər yeməklərə. Bütün dadlar bir-birinə qarışır. Orda, hətta restoranlara girəndə sarımsaq iyi o qədər vurmuşdu ki, Bakıya gələndən sonra bir müddət sarımsaq iyindən qaçırdım.

- Kababla aranız necədir?

- Kababla aram əla . Bütün növ kababları sevirəm. Həm ət məhsullarından, həm də tərəvəz məhsullarından hazırlanan kababları xoşlayıram.

- Jurnalistika ilə bağlı təcrübəniz çoxdur. Bu müddət ərzində başınıza maraqlı hadisələr gəlib?

- Artıq 15 ildir bu sahədə çalışıram. Əlbəttə çoxlu maraqlı hadisələr olub. Xüsusən 13 ildir canlı efirə çıxdığımı nəzərə alsaq, efir vaxtı maraqlı hadisələr çox olur. Məsələn, tələsik efirə çıxdığım üçün mikrofon taxmağı unutmuşam, xəbər oxuduğum vaxt səsim batıb və sairə. Ən son efirdə dırnaqlarıma boya çəkmişəm. İş o qədər çox olmuşdu ki, efir başlayanda bir əlimdəki dırnaqlarım boyalı idi, digər əlimdəkilərə boya çəkməyə vaxt çatmadı. Birinci xəbər gedəndə əlimin birini gizlətdim ki, dırnaqlarım görünməsin. İlk süjet efirə gedəndə dırnaqlarımın qalanını da boyadım.

- Tələbəlik illəriniz necə keçib?

- Tələbəlik illərim olmayıb. Çünki birinci kursdan işləməyə başlamışam. Amma mən iki ali təhsil aldığıma görə tələbə yoldaşlarımın sayı çoxdur. Bəziləri ilə əlaqəm var.

- Hansı tip restoranları sevirsiniz?

- Mən daha çox özünəməxsus konsepsiyası, aurası olan, hansısa bir özəlliyi ilə seçilən məkanları sevirəm. Dəbdəbədən kənar, sadə, səssiz və komfortlu restoranları...

- Ağdamlısınız... Sizcə Ağdam mətbəxinin özəlliyi nədir?

- Ağdam mətbəxi də digər bölgələrimizdə olduğu kimi dadlı təamlarla zəngindir. Bu mətbəxi mənim üçün fərqli edən anamın əlindən hazırlanmasıdır. Mən onun hazırladığı bütün yeməkləri sevirəm.

- Sizə nəyi isə xatırladan yemək var?

- Məsələn, kətə. Göyərti qutabını nəzərdə tuturam. Qarabağ zonasında ona kətə deyirlər – mənə doğulduğum Ağdamı xatırladır. Kətə mənə Ağdamdakı evimizi, nənəm və mənim çox sevdiyim ailə dostumuz olan Niyazi əmimi və onun ailəsini xatırladır. Hər dəfə onlar bizə məhz nənəmin bişirdiyi kətəni yemək üçün gələrdilər. Evdə çox maraqlı ab-hava yaranırdı - sevimli qonaqlarımız və nənəmin sacda bişirdiyi kətə. Yəni, uşaqlığım.

- Dieta ilə aranız necədir?

- Əla. Kökəlməyə meylli insanam. Ona görə diqqət etməyə məcburam. Hazırda artıq kilolarım var və onlarla mübarizə aparıram. Amma kəskin pəhriz saxlamıram. Sadəcə qida rasionundan nələrisə çıxarmaqla arıqlamağa çalışıram.

- Sevgilinizlə ilk dəfə harada yemək yemisiniz?

- Etiraf edim ki, bu günə qədər haradasa oturub yemək yediyim bir sevgilim olmayıb. Ona görə elə bir məkan da yoxdur.

- Toyla aranız necədir?

- Baxır kimin toyu. Yaxınlarımın, dostlarımın, sevdiyim insanların toyunda məmnuniyyətlə iştirak edirəm, əylənirəm və yaxşı da rəqs edirəm.

- Spirtli içkilərə münasibətiniz?

- Spirtli içkiləri sevmirəm.

- Sosial şəbəkələrdə aktivsiz. Sizə burda maraqlı təkliflər edən olur?

- Sosial şəbəkələrdə istənilən xarakterdə insana rast gəlmək mümkündür. Düzü mesajlara o qədər vaxt ayırmıram, oxumuram. Hərdən təmizləmə işləri aparanda oxuduğum və ürəkdən güldüyüm qəribə mesajlar olur.

- Hobbiniz nədir?

- İdmanla məşğul olmağı sevirəm. Üzgüçülük, fitnes, müxtəlif rəqslərlə məşğul olmuşam. Ən son böyük tennisə gedirdim. Obyektiv səbəblərdən xeyli vaxtdır idmana ara vermişdim, ancaq mütləq bərpa edəcəm. Çünki gündəlik məşğul olmasam da idman həyatımda mütləq olur . İdmandan əlavə mütaliəni sevirəm. Xüsusilə bədii əsərlər. Mənim ümumiyyətlə, “ən çox sevdiyim yazıçı”, “ən çox sevdiyim müğənni” və sairə “ən”lərlə bağlı kriteriyalarım yoxdur. Bütün gözəl əsərləri, janrından asılı olmayaraq bütün gözəl musiqiləri sevirəm. Konkret əsərləri ilə yaşadığım bir yazıçı yoxdur. Amma nəsə öyrəndiyim, nəticə çıxara bildiyim bütün maraqlı əsərləri sevirəm. Bu, klassik yazıçıların əsərləri də ola bilər, populyar ədəbiyyat nümunələri də. Bütün oxuduğum və sevdiyim əsərləri sadalasam uzun siyahı alınar. Ancaq ən son oxuduqlarımdan Umberto Ekonun “Qızıl gülün adı”, Xalid Huseynin “Min möhtəşəm günəş”, “Çərpələng uçuran”, Elif Şafakın “Aşk” əsərlərinin adını çəkə bilərəm. Son iki əsər məni çox təsirləndirdi.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28
Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23
"Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21
Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17
Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16
Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15
Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13
Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11
Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00
Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56
Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53
Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52
"Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51
Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43
Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36
Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30
Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24
İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36
Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33
2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30
Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23
"Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09
Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04
"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru