Əsas Səhifə > Şou-biznes > "Əgər həyat yoldaşımı kimləsə görsəm, ya telefonda danışsa, qısqanmaram"

"Əgər həyat yoldaşımı kimləsə görsəm, ya telefonda danışsa, qısqanmaram"


18-02-2016, 11:02
"Əgər həyat yoldaşımı kimləsə görsəm, ya telefonda danışsa, qısqanmaram"
Tanınmış ifaçı Səidə Dadaşova xəyanətdən danışıb. big.az-a açıqlama verən ifaçı hər bir halda qadının ağılla, soyuqqanlılıqla məsələyə yanaşmasının tərəfdarı olduğunu qeyd edib: " O qədər xəyanətlər görmüşəm... Əsas da dostlarımdan. Amma heç vaxt sınmamışam, əyilməmişəm. Ürəyim yumşaqdı, heç kəsə pislik arzulamıram deyə bundan istifadə edənlər çox olub. Amma mən həmişə deyirəm ki, hərənin ürəyi öz qabağna çıxsın. Çox gözəl sözdü. Xəyanətə uğrayan qadın ağlayıb, sızlamaqdansa ayaqda durmağı bacarsın. Məsələn, mən bu məsələdə tamam başqa cürəm. Əgər həyat yoldaşımı kimləsə görsəm, ya telefonda danışsa qısqanmaram. Hər şeyin sonuna kimi öyrənərəm, dəqiqləşdirərəm. Qadın çox ağıllı olmalıdır".

"Bunu demə" adlı mahnısından danışan müğənni bildirib: " Həyatımızda o qədər olur ki, bunu deməyim, onu deməyim deyə düşünürük. Bəzən dostlarımızla sirrimizi bölüşüb, bunu demə deyə bərk-bərk tapşırırıq. Mən isə sadəcə heç nə demək istəmirəm, oxucularınızın bu mahnıda özlərini tapmasını istəyirəm".

Geri qayıt