Əsas Səhifə > Şou-biznes > “Röyaya indi də “çuşka” deyirik...”

“Röyaya indi də “çuşka” deyirik...”


20-02-2016, 10:07
“Röyaya indi də “çuşka” deyirik...”
Müğənni Natavan Həbibi əməkdar artist Röya Ayxanın keçmiş “W-trio”çular barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

“Qafqazinfo”nun məlumatına görə, sənətçi “5/5” verilişində məsələyə aydınlıq gətirib.

Natavan qeyd edib ki, onlar Röyaya indi də “çuşka” deyirlər:

“Elə indi də ona elə deyirik. Nəbilim, məntiqi başa düşmədim. Bəzəyib danışırlar. Demişiksə də, əcəb etmişik. Bizim aramızda o qədər zarafatlarımız olub ki, hamısını bir-bir açıqlasaq... Həmişə hamı yüksəkdə olsun. Biz bir-birimiz üçün heç vaxt ulduz ola bilmərik, bir yerdə böyüyən uşaqlarıq. Çox güldüm. Hamımız bir-birzmizə çox şeylər deyirdik. Ona isə lap çox söz deyirdik. Dünəndən o günlər çox yadıma düşüb. İndi bir-birimizi görmürük, hərənin öz işi, ətrafı var”.

Xatırladaq ki, Röya Elnarə və Natavanın ona həmişə “çuşka” dediyini bildirmişdi:

“Həmişə “W-trio” vaxtı qızlar məni "prikol"a tuturdular. İngilis dilini bilmirdim, deyirdilər “çuşka”san, sən pul qazanmaq üçün toyxanalarda oxuyacaqsan. Deyirdilər ki, Aşıq olacaqsan... (gülür) O vaxtlar həmişə evə pul aparmağa çalışırdım. Bu çox gözəl stimul idi. İndi onlar inciməsinlər, hər şey dəyişdi. Elnarənin, Natavanın geyimlərinə baxıram, deyirəm ay… İngilis dilini bilməklə deyil ki?”

Geri qayıt