Əsas Səhifə > Şou-biznes > "Kişilərlə öpüşüb-görüşməyi özümə qadağa qoymuşam"
"Kişilərlə öpüşüb-görüşməyi özümə qadağa qoymuşam"15-03-2016, 10:14 |
“Bayramda tədbirlərə çox qaçırıq, vaxtımız belə keçir. Mənim şirniyyat - şəkərbura-paxlava bişirməklə aram yoxdur. Lazım olanda mağazadan alıram. Onu da uşaqlarıma görə edirəm”. Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Samira Allahverdi deyib. İfaçı bayramla bağlı fikirlərini bölüşüb: “Mənim belə işlərə nə həvəsim var, nə də yeməyi xoşlayıram. Ümumiyyətlə, şirniyyat sevmirəm. Mənim üçün bayram adidir. Xüsusi olaraq oturub gözləmirəm ki, 1 aydan sonra Yeni ildir, yaxud Novruzdur. 8 Martdır, kişilər mənə hədiyyə verəcək. Əgər mən əzizlərimlə birlikdəyəmsə, günüm xoş keçirsə, günah işlətmirəmsə, bu mənim üçün bayramdır. Paxlavanı istədiyim an bişirə, Şam ağacını hər saniyə qura bilərəm. Əsas odur ki, ruhum bayram eləsin. Bu gün Novruzdur, əhvalım qalxsın". S.Allahverdi başqalarını təkraralamağa çalışan ifaçılardan da söz açıb: "Bəzi insanlar var ki, özlərini tapa bilmirlər. Deyirlər ki, şəhərimdən köçürəm, başqa yerdə özümü tapacam. Gedim başqa ölkədə xoşbəxtliyimi tapım. İnsan öz xoşbəxtliyini həyatda olduğu yerdə tapmalıdır. Deməməlidir ki, mən də bunun kimi oxuyum, bəlkə məşhur oldum. Hər bir insan öz stilini tapmağı bacarmalıdır". Müğənni özünə qoyduğu qadağalardan da danışıb: "Özümə çox qadağalar qoyuram. Təkcə şou-biznesdə yox, ümumiyyətlə, kişilərlə öpüşüb-görüşməyi özümə qadağa qoymuşam. Bir-iki ağsaqqal adam var ki, onlarla görüşə bilərəm. Bunu mənə həyat yoldaşım qadağa etməyib. O, mənim bütün addımlarıma dəstək olur". Geri qayıt |