Əsas Səhifə > Şou-biznes > "Heç vaxt siqaret çəkməmişəm, spirtli içki içməmişəm"

"Heç vaxt siqaret çəkməmişəm, spirtli içki içməmişəm"


17-03-2016, 10:00
"Heç vaxt siqaret çəkməmişəm, spirtli içki içməmişəm"
Əməkdar artist Manana baxım sirrlərindən danışıb.

Axşam.az-ın məlumtına görə, müğənni heç vaxt saçına rəng qoymadığını, imicində dəyişiklik etmək istəmədiyini bildirib:

“Heç vaxt saçıma rəng qoymamışam, heç düşünmürəm də. Amma saçlarını rəngləyənlərə pis baxmıram. Mənə elə gəlir ki, dəyişməyimə ehtiyac yoxdur. 17-18 ildir Azərbaycanda yaşayıram, hər gün saçımı fenləyirəm. İki övladım var. Onları həyata gətirəndən sonra saçım tökülməyə başladı, amma qarşısını aldım. Sağlam saç və dəri yeməkdən asılıdır. Mən heç vaxt siqaret çəkməmişəm, spirtli içki içməmişəm. Dadını da bilmirəm. Hərdən deyirlər ki, “Manana gürcüsən, bir az çaxır iç”. Amma istəmirəm, spirtsiz də həyatı gözəl görürəm. Siqaretdən və alkoqoldan uzaq qalanda üz də, orqanizm də, dişlər də sağlam olur”.

Geri qayıt