Əsas Səhifə > Şou-biznes > "Toy günü oğlumu polis saxladı"
"Toy günü oğlumu polis saxladı"14-04-2016, 09:35 |
Əməkdar artist Yusif Mustafayev kiçik oğlu Tərlanın toyunda başına gələn hadisədən danışıb. Axşam.az-ın məlumatına görə, müğənni "Hər şey daxil" verilişində məclis günü oğlunu polisin saxladığını deyib: "2013-cü ildə kiçik oğlum Tərlana toy etdim. Saat 6-ya yaxın hələ də bəylə gəlinin korteji gəlib çatmamışdı. Tərlan zəng vurdu ki, bütün maşınları polis saxladı. Həmin an nə çəkdiyimi deyə bilmərəm. Hamısını polis idarəsinə aparmışdılar. Bir-iki maşın dələduzluq etmişdi. Oğlum hörmətli adamdır. Danışıb, məsələni həll etdi. Amma həmin toyda sənət dostlarımın çoxu məndən incidi. Fikrim oğlumun yanında qaldı deyə, istədiyim kimi onları yerləşdirə bilməmişdim". Qeyd edək ki, Y.Mustafayevin iki oğlan, bir qız övladı var. Geri qayıt |