Əsas Səhifə > Şou-biznes > "Şəhid xəbərləri, cəbhədəki gərginlik məni çox narahat elədi"
"Şəhid xəbərləri, cəbhədəki gərginlik məni çox narahat elədi"18-04-2016, 08:38 |
Əməkdar artist Mətanət İsgəndərli sevdiyi rənglərdən və dəbdən söz açıb. dia-az.life xəbər verir ki, Gecce.az-a açıqlama verən müğənni bildirib ki, açıq rəngləri çox sevir: "Ən sevdiyim ağ rəng olub. Artıq çəki problemim olan zaman bu rəngdən imtina etmişdim. Əhval-ruhiyyə gətirən açıq rəngləri sevirəm. Amma efirə, ictimaiyyət önünə çıxanda rəng seçimimə diqqət edirəm. Mərcan, qırmızı rəngləri çox xoşlayıram. Tünd tonlar mənə yaxın deyil. Bu rəngdə ancaq geyimin modeli gözəl olduğu təqdirdə istifadə edə bilərəm". Qısa zamanda 20 kiloqram çəki atan M.İsgəndərli yenidən 4 kiloqram kökəldiyini etiraf edib: "Normada qalmaq üçün hər gün hərəkətdə olmaq, bol-bol gəzmək və pəhriz önəmlidir. Çəki atmağa başladığım zaman hər gün 2 saat piyada gəzirdim, üzürdüm. Bol-bol su içmişəm, axşam saatlarında yeməkdən imtina etmişəm. Un və şirniyyat məmulatlarını da qida rasionumdan uzaqlaşdırmışam. Fikirli olanda, əlim işdən-gücdən soyuyur. Yeməyə meyillilik artır. Son həftələr nə qədər stress keçirdim. Şəhid xəbərləri, cəbhədəki gərginlik məni çox narahat elədi. Elə insan var, sözün deyir, bir qədər rahatlıq yaranır. Amma mən elə deyiləm, içimə atıram. Hazırki çəkim məni qane etmir. Hələ 10 kiloqram atmaq istəyirdim. Amma 4 kiloqram üstünə gəlib. İradəmə güvənirəm və tezliklə arzuladığım çəkiyə qayıdacağıma inanıram". Geri qayıt |