Əsas Səhifə > Şou-biznes > "Gəlinlik libası geyinməkdən ötrü ürəyim gedir"

"Gəlinlik libası geyinməkdən ötrü ürəyim gedir"


6-05-2016, 08:45
"Gəlinlik libası geyinməkdən ötrü ürəyim gedir"
Müğənni Mətanət Əsədova arzusundan söz açıb. SİA-nın verdiyi xəbərə görə, o, yenidən gəlinlik geymək istədiyini söyləyib: "Gəlinlik libası geyinməkdən ötrü ürəyim gedir. İkici dəfə elə seçim etməliyəm ki, peşmançılıq çəkməyim. İstəmirəm birinci dəfəki kimi mənfi həyat yaşayım. Böyüklər gileylənir ki, nə qədər olar, ailə qur, ana ol. Nə edim, ana olmağı ilk mən istəyirəm. Gərək qarşı tərəf məni o qədər yaxşı başa düşsün ki, onla evlənməyə razı olum. Onu da deyim ki, hələ qəlbimi ovsunlayan olmayıb. Mənim üçün hazırda ilk növbə ailədi, sonra isə sənət. Ailə quracağım insan evə qazanıb gətirməli, məni hərtərəfli təmin etməlidir. Bəzən isə müğənnilik edərəm. Kişi qısqanc olmalıdır, qadını özbaşına buraxmamalıdır. Qızım olsa, vay onun halına. Ona görə də oğlan övladı istəyirəm”.

Geri qayıt