Əsas Səhifə > Şou-biznes > "Əgər müğənni kimi fəaliyyətini davam etdirmək istəyirsənsə, yırtıcı olmalısan"

"Əgər müğənni kimi fəaliyyətini davam etdirmək istəyirsənsə, yırtıcı olmalısan"


17-05-2016, 08:57
"Əgər müğənni kimi fəaliyyətini davam etdirmək istəyirsənsə, yırtıcı olmalısan"
Əməkdar artist Firuzə İbadova maraqlı etiraflar edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunları söyləyib: "Unudulmaz sənətkarımız Şövkət Ələkbərova mənə hər zaman yol göstərib. Mənə deyirdi ki, bu sənət sənlik deyil. Səni istəyənlər var, ailə qur. Hamıya yox deyirsən. Müğənnilik sənə heç nə verməyib. Sən səhnə adamı deyilsən. Əgər müğənni kimi fəaliyyətini davam etdirmək istəyirsənsə, yırtıcı olmalısan. Səhnə qadınlar üçün Məcnundu, kişilər üçün Leyladı. Sən buna dözməyəcəksən. İllərdir Şövkət xanımın bu sözlərini yadıma salıb, deyirəm ki, həqiqətən də düz deyirmiş".

Sənətçi 6 il bundan öncə səhhətində yaranan problemdən də söz açıb: "2010-cu ildə stress keçirdim. Bir gün səhər yuxudan oyandım ki, iflic olmuşam. Məni dərhal həkimə apardılar. Müayinəm üçün xeyli pullar xərcləndi. Dərmanlarım olduqca bahalı idi. İndi də müalicə alıram".

Geri qayıt