Əsas Səhifə > Şou-biznes > Tünzalə Ağayeva 16 il əvvələ qayıtdı

Tünzalə Ağayeva 16 il əvvələ qayıtdı


6-06-2016, 08:57
Tünzalə Ağayeva 16 il əvvələ qayıtdı
Əməkdar artist Tünzalə Ağayeva qızı Fidan üçün 16 il öncəyə geri dönüb. SİA-nın verdiyi xəbərə görə, müğənni 16 il əvvəl oxuduğu “Son zəng” bəstəsini yeni üslubda səsləndirib. T.Ağayeva mahnını studiyada oxuyarkən qızı Fidanla çəkdirdiyi videonu sosial şəbəkədə paylaşıb: "16 ildən sonra “Son zəng” mahnım yeni aranjimanla bütün məzunları sevindirəcəyik. Yəqin bu bəstəni yeni nəfəslə səsləndirmək üçün Fidanımın son zəngini gözləyirdim. Bütün məktəblilər və məzunlar üçün oxudum”.

Qeyd edək ki, bəstənin sözləri Əbülfəz İslama, musiqisi T.Ağayevanın özünə, səsləndirmə isə Anar Yusifov və Emin Kərimiyə məxsusdur.



Geri qayıt