Əsas Səhifə > Şou-biznes > “Barəmdə belə çirkin kampaniya bir neçə dəfə aparılıb”
“Barəmdə belə çirkin kampaniya bir neçə dəfə aparılıb”1-07-2016, 08:57 |
Tanınmış müğənni Arzu Mələk barəsində yayılan məlumatlara aydınlıq gətirib. O, Azinforum.az-a verdiyi açıqlamada güya 25 min manat borcunun olması və həmin məbləği ödəyə bilməməsilə bağlı dövriyyəyə buraxılan ittihamların tamamilə əsassız olduğunu deyib: “Bu gün mənə dedilər ki, bəzi saytlarda barəmdə əsası olmayan məlumatlar yayılıb. Ən təəccüblüsü isə budur ki, jurnalistlər ağına-bozuna baxmadan istədikləri ittihamı adama yapışdırmağa cəhd edirlər. Yazının başlığına fikir verin, yazılıb ki, dələduzluqda ittiham olunan Arzu Mələk. Mən müğənni olmaqla yanaşı, həm də, hüquqşunasam. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. Dələduzluq konkret cinayət əməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan kimisə həmin adla çağırmağın özü cinayətdir. Nəzərinizə çatdırım ki, hazırda heç kimə borcum yoxdur. Bu cür məlumatlar təsadüfən dövriyyə buraxılmır. Mənimlə ədavəti olan bəzi adamlar məqsədli şəkildə belə xəbərləri yayırlar. Hardan qaynaqlandığını dəqiq bilirəm. Barəmdə belə çirkin kampaniya bir neçə dəfə aparılıb. Gərək jurnalistlər də, məlumatları dəqiqləşdirmədən nəsə yazmasınlar. Əks halda, mənimlə əsassız yerə prinsip aparan insanların çirkin maraqlarının ifadəçisinə çevrilirlər. Bu dəfə susan deyiləm. Məsələnin hüquq müstəvisində aydınlaşdırılmasına çalışacam”. Geri qayıt |