Əsas Səhifə > Şou-biznes > "İlhamə xanımın var-dövləti, mülkləri məni maraqlandırmır"
"İlhamə xanımın var-dövləti, mülkləri məni maraqlandırmır"14-07-2016, 09:54 |
İlhamə Quliyevanın mülklərinin bölünməsi xəbərini qızım Samirə özündən uydurmayıb. Bizə bu barədə Eldar İsmayılov məlumat verib. Bunu Azvision.az–a müğənni Əli Mirəliyev mərhum Xalq artisti İlhamə Quliyevanın əmlakının bölünməsi ilə bağlı qalmaqala münasibət bildirərkən deyib. Ə.Mirəliyev İlhamə Quliyevanın əmkalına iddiaçı olması haqda yayılan məlumatları yalanlayıb. “İlhamə xanımın var-dövləti, mülkləri məni maraqlandırmır. Kimə istəyirlər versinlər. Mənim nəyimə lazmdır? Mənin şəxsən pulda, var-dövlətdə gözüm yoxdur. Onun var-dövlətini mənə versələr də qəbul etmərəm. Bütün prosesi kənardan izləyirəm. Özləri bilərlər, əmlakı kimə verirlər versinlər, məni maraqlandırmır. Sadəcə olaraq Eldar İsmayılov bildirdi ki, məhkəmə prosesində iştirak edib və Yasamal Rayon Məhkəməsinin əmlakın bacılar arasında bölünməsi qərarını şəxsən özü eşidib. Mənim nə İlhamənin oğlu ilə, nə də bacıları ilə əlaqəm var. Onların işinə qəti qarışmıram”. Qeyd edək ki, xalq artisti İlhamə Quliyevanın yaxın qohumu Əli Mirəliyevin qızı Samirə Mirəliyeva bildirib ki, Yasamal Rayon Məhkəməsi özünü mərhum xalq artistinin yeganə varisi hesab edən Orxan Nadirovun iddiasını təmin etməyib. Məhkəmə hesab edib ki, İlhamə Quliyevanın bütün əmlakı bacılarının arasında bölünməlidir. Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov isə bu məlumatları yaydığı üçün Əl Mirəliyev və onun qızına xəbərdarlıq edib. “Əli Mirəliyevin qızı Samirə Mirəliyeva deyir ki, guya məhkəmə mənim vərəsəlik hüququmla bağlı iddiama rədd cavabı verib və hesab edib ki, əmlak anamın bacılarının arasında bölünməlidir. Belə bir şey olmayıb. Məhkəmə hələ də davam edir. Əli Mirəliyev və qızı mənə böhtan atır. Onların yalan danışmaqdan başqa əllərindən iş gəlmir. Sadəcə olaraq belə yalanları ilə mətbuatın diqqətini öz üzərlərinə çəkirlər. Mən səbirli adamam. Ancaq səbrimin bir həddi var. Elə etməsinlər ki, onların qanun çərçivəsində cavablarını verim”. Geri qayıt |