Əsas Səhifə > Şou-biznes > "Həci” adını alıb, insanların çörəyi ilə oynayır"

"Həci” adını alıb, insanların çörəyi ilə oynayır"


29-08-2016, 09:52
"Həci” adını alıb, insanların çörəyi ilə oynayır"
“Bu bir ayda o qədər insanlıqdan danışıb, 11 dəfə “Həci” adını alıb, insanların çörəyi ilə oynayan, özü bir tərəfə, qızını bakirə adı ilə satıb, dost dediyi insanların çörəklərinə bais olan adamlar gördüm ki...”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkədə yazıb.

O bildirib ki, çoxları Həcc ziyarətinə gedib, bu addan başqa məqsədlərlə istifadə edirlər:

“Başa düşmədiyim bir şey var, bu Həcc ziyarətinə gedənlər bilmir ki, o dünyaya heç nəyi özləri ilə apara bilməyəcəklər? Mənim bir dostum var, amma əsl Həcidir. Neçə illərdir mənə deyir ki, səni ziyarətə göndərim. Mən isə deyirəm ki, nə maddi, nə də mənəvi hazıram. Çünki borclarım olur, uşaqları oxuduram.

İndi başa düşürəm ki, gedib orada yaxşı ətraf toplamaq olar və Həci qardaşlarla tanış olur, elə olursan onlarla dost. Gəlirsən burada başlayıb, o saf, təmiz Həcilərdən istifadə etməyə. Nə cür? Müxtəlif yolları var. Toylarını sənə deyirlər, Həci qardaşı özünə xeyir edən tərəfə yönləndirirsən və qazanırsan. Amma bilirsən ki, başqasının çörəyinə də bais olursan. Bəs sən necə Həcisən?

Bəzi Həcilər də, özləri yaşlandıqdan sonra qızını verir qabağa, yataqda bir tərəfdə özü, o biri tərəfdə qızı (Allah uzaq etsin), ortada sevgilisi. İndi sizcə həmin kişinin onun və çevrəsinin yanında sözü keçməsin? Biz belə dövrdə yaşayırıq. Allah sonumuzu xeyir etsin deyirəm, amma məncə elə son budur”.

"Həci” adını alıb, insanların çörəyi ilə oynayır"
"Həci” adını alıb, insanların çörəyi ilə oynayır"

Geri qayıt