Əsas Səhifə > Şou-biznes > "Yalçın müəllimin mahnılarını oxuyanda ailəsindən icazə almaq lazımdır"
"Yalçın müəllimin mahnılarını oxuyanda ailəsindən icazə almaq lazımdır"27-07-2021, 08:39 |
“Yalçın müəllimin mahnılarını oxuyanda ailəsindən icazə almaq lazımdır. Düzdür, o həyatda yoxdur, amma onun ailəsi, sənətini davam etdirən övladı var. Atamın mahnıları mənə əmanət qalıb. Öz mahnılarım kimi onları qoruyub saxlayacağam. Mən demirəm ki, müraciət etməsinlər, oxumasınlar, sadəcə ailəsindən halallıq alsınlar. Zəng edib, halallıq almaq çətin bir prosses deyil”. Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Yalçın Rzazadənin müğənni oğlu Mətin Rzazadə deyib. O daha sonra həmkarlarına xəbərdarlıq edib. “İndiki ifaçıların əksəriyyəti mahnını oxuyurlar, heç maraqlanmırlar ki, kimindir? Mahnının müəllifinin, ilk ifaçısının adını səhv deyirlər. Onun üçün də yaxşı olar ki, maraqlansınlar, xeyir-dua alıb sonra oxusunlar. Əks halda sərt reaksiyamı görəndə heç kim təəccüblənməsin. Kim icazəsiz oxusa mən konkret öz sözümü deyəcəyəm, heç kim məndən inciməsin, hamısına xəbərdarlığımı etmişəm. Elə mahnılar var ki, onlar toxunulmazdır, amma bunlar həmin mahnını bərbad oxumaqla yanaşı hətta sözünü də dəyişirlər. Bu yolverilməzdir. Bu günlərdə Röyanın bir mahnısı çox xoşuma gəldi, oxumaq istədim, ona zəng edib icazə aldım. Dedi ki, bütün mahnılarım sənin halal xoşundur. Pis bir şey deyil, çətin də deyil. Mənə də çox xoş oldu ki, halalllıq verdilər, yəqin ki, Röyaya da xoş oldu ki, ondan icazə aldılar. Yalçın müəllim 2 günlük mahnı oxumayıb, oxuduğu hər mahnı şedevrə çevrilib. Onun 769-dan çox mahnısı “Qızıl fond”-dadır. Hər zaman onun mahnılarını ifa etmişəm, yenidən atamın mahnılarına üz tutub, ifa edəcəyəm. Bu yaxınlarda mahnılarından birinə klip çəkdik, həmin klipdə Yalçın müəllimin də görüntüləri yer aldı” - deyə Mətin Rzazadə bildirib. O daha sonra indiyə qədər atasının məzar daşının qoyulmamasına da aydınlıq gətirib. “Heç kim atamı onun ailəsindən, övladlarından çox istəyə bilməz. Kimlərsə yazıb-pozur ki, niyə indiyə qədər məzar daşı qoyulmayıb, niyə bu yoxdur, niyə o yoxdur? Bunun həmin insanlara heç bir aidiyyatı yoxdur! Hər bölgənin öz adət ən-ənənəsi, qayda-qanunları var. Biz tərəfdə elədir ki, insan rəhmətə gedəndən sonra bir il müddətində onun məzar daşı hazırlanmalıdır. Yalçın müəllim balaca adam olmayıb, məzar daşı adına uyğun olmalıdır. Bir-iki şəkil, məzar daşı heykəltəraşa göstərmişik, məsləhət etmişik. Bundan sonra onun üçün nə edə bilərik ki? Son edəcəyimiz məzar daşının adına uyğun qoyulmasıdır. Onun üçün də bir az yubanır, asan bir şey deyil. Kimlərsə nəsə danışırsa bu bizə maraqlı deyil. Yaxşı olar ki, kimsə burnunu lazımsız yerə soxmasın! Kimsə özünü ora-bura vurursa, bu məsələdə intriqa, reytinq axtarırsa bu birincisi ayıbdır, ikincisi də elə istəyirsənsə, “ürəyin yanırsa” gəl özün bu işlə məşğul ol. Biz dövlətimiz tərəfdən də lazımı dəstəyi alırıq. Bilirsiniz ki, Yalçın müəllim də iki il dövlət tərəfindən Türkiyədə lazımı müalicəni aldı. Atamın iki il artıq yaşamasına görə cənab prezidentimiz İlham Əliyevə, Mehriban xanıma, Heydər Əliyev fonduna borcluyuq. Yalçın müəllimin son nəfəsinə kimi, son mənzilə yola salana kimi bizim dövlətimiz bizə dəstək olub. Bu gün də dövlətimiz tərəfindən lazımı diqqəti görürük. Artıq intirqa axtarmaq, söz-söhbət axtarmaq lazım deyil. Yaxşı olar ki, o insanlar gedib öz ailə problemləri ilə məşğul olsunlar, bizim ailənin işlərinə qarışmağa ixtiyarları yoxdur” - deyə sənətkarın oğlu bildirib. Geri qayıt |