Əsas Səhifə > Şou-biznes > TV-lər Novruz proqramı hazırlayıbmı?
TV-lər Novruz proqramı hazırlayıbmı?19-03-2022, 08:56 |
Novruz bayramı ilə bağlı hansı kanal xüsusi proqram hazırlayıb? dia-az.life-ın məlumatına görə, kult.az bu barədə kanallarımız arasında sorğu keçirib. AzTV-nin efirində 19 mart səhər saat 10:30-da “Cin mikrorayonda”, 20 mart 17:00-da “O olmasın, bu olsun” filmi tamaşaçılara təqdim ediləcək. 09:30, 14:30, 22:00-da isə Novruzla bağlı konsert proqramları təqdim olunacaq. Mədəniyyət TV bayram günlərində konsert proqramlarına üstünlük verib. 19 mart səhər 09:30-da “Xarıbülbül” musiqi festivalı, 23:30-da “Qarabağın səsi” bədii kompozisiyası təqdim ediləcək. 20 mart tarixində isə 17:20-da ”Atları yəhərləyin” filmi nümayiş olunacaq. Axşam 19:30-23:30 radələrində bayramla bağlı konsert proqramı efirə gedəcək. Speys TV-nin efirində 20-21 martda Şahbulaq qalasında baş tutan “Atları yəhərləyin” adlı xüsusi konsert buraxılışı olacaq. İctimai TV 20 mart 15:30-da “O olmasın, bu olsun” filmini, 17:00-da “Türk dünyasının Novruz bayramı” adlı konsert proqramını efirə verəcək. ATV bayram günlərində müxtəlif məzmunlu özəl buraxılışları olacağını vəd edib. ARB TV-də martın 19-u "Özəl akustik" efirə gedəcək. Tamaşaçılar ARB-də Nərgiz Fondunun təşkilatçılığı ilə "Soyuq əllər, isti ürəklər" konsertini də izləyə biləcəklər. Novruz bayramına xas adətlərin əks olunduğu ənənəvi verlişlər də kanalda yayımlanacaq. Qeyd edək ki, kanalların heç biri Novruzla bağlı xüsusi səhnəciklər, özəl ssenari əsasında bədii-əyləncəli proqram hazırlayıb-hazırlamadığı sualına cavab verməyib. Geri qayıt |