Əsas Səhifə > Şou-biznes > “Evə çörək gətirənim yoxdur, istədiyim işi qura bilsəm sənətdən gedərəm...”

“Evə çörək gətirənim yoxdur, istədiyim işi qura bilsəm sənətdən gedərəm...”


26-03-2022, 09:58
“Evə çörək gətirənim yoxdur, istədiyim işi qura bilsəm sənətdən gedərəm...”
“Allah heç kimə itki, heç bir evə kədər qismət etməsin. İnsan depressiyaya düşür, sıxılır, darıxır. Yanında əsl dosta ehtiyac duyulur. Sağ olsun sənət yoldaşlarımın əksəriyyəti məni acı günlərimdə tək qoymadılar. Bacımı, daha sonra atamı itirdim. Qəribədir, bacım deyirdi ki, ölümdən qorxmuram, bircə balamdan nigaranam. Övladının 15 yaşı var. Onu göz bəbəyim kimi qoruyuram. Adətən insan ölənə yaxın hiss edirsən, amma biz onun ölümünü son dəqiqəsinə kimi hiss etməmişdik. Böyük bacıma demişdi ki, mənə lay-lay çal. Bacım ona lay-lay çalandan 5 dəqiqə sonra o canını tapşırıb”. dia-az.life xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış və sevilən müğənni Aynur Dadaşova bildirib. Müğənni daha sonra onu qınayanlardan danışıb.

“Çox insan məni qınaya bilər ki, bacısı rəhmətə gedib, amma efirlərə çıxır, toylara gedir. Bu hadisə insanın başına gəlməmiş heç kim bilmir. Mən ailə, ev dolandırıram. Evə çörək gətirənim yoxdur. Məcburam ki, qaça-qaçla gedib, əziyyət çəkib, evə pul gətirim. Evdə oturan insana kim gətirib pul verir?. 31 ildir ki, bu sənətdəyəm, heç kimə deməmişəm ki, mənə pul ver, heç kimdən də maddiyat güdməmişəm. Allahdan istəmişəm, ondan gözləmişəm” deyə müğənni bildirib.

Aynur Dadaşova illər öncə sənətdən uzaq düşdüyü illərdən də danışıb.

“İllər öncə səhnədən uzaq düşmüşdüm. Deyirdilər ki, Aynuru uşaqlarının atası sənətə qoymur. Bu belə deyildi. Deyərdim ki, o zaman-zaman mənə dəstək də olub. “Geri dön” mahnıma özü dedi ki, klip çəkdir. Digər dövlətlərdə toya gedəndə də o mənim yanımda olurdu. Mən sadəcə yorulmuşdum, yorğunluqdan geri çəkilmişdim. Ümumiyyətlə ailəmdə, heç kim, nə anam, nə atam, nə də övladlarımın atası deməyib ki, sənətini at. Mən işləməyi sevirəm, amma çox da yorğun düşürəm. Özümə istədiyim bir iş qura bilsəm əlbəttə ki, sənətdən gedərəm” deyə Aynur Dadaşova bildirib.

Geri qayıt