Əsas Səhifə > Şou-biznes > “O qadının ərinə zəng elədim, dedim, “arvadını yığışdır””

“O qadının ərinə zəng elədim, dedim, “arvadını yığışdır””


9-04-2022, 10:01
“O qadının ərinə zəng elədim, dedim, “arvadını yığışdır””
"Füzuli işğaldan azad ediləndən iki gün sonra ora getdim. Düz kəndimizə... Allah saxladı məni, qeyri-qanuni getmişdim". dia-az.life xəbər verir ki, bu sözləri Azərbaycan ədəbiyyatının qocaman nümayəndəsi, yazıçı Seyran Səxavət AYNA-ya müsahibəsində söyləyib. Deyib ki, ondan sonra hələlik doğma rayonuna getməyib:

- Qırışığımız yeni açılır. 30 il idi ki, hisslərimiz donmuşdu. Donmuş hisslər birdən-birə açıla bilməz ki... Hisslərimiz Şimal Buzlu okeanı kimidir, Antarktida kimidir. Həm də indi öyrəşmədiyimiz sevinc içərisindəyik. Son iki yüz ildə işğal olunmuş torpaqlarımızı almamışıq ha... Nə mən, nə mənim babam, nə ulu babam torpaq qaytarıb. Elə sizin də, hamımızın da babası qaytarmayıb. Ona görə də bu qələbə bir qədər başqa cür təamdır.

- Təbii ki, köhnə Füzulidən heç nə qalmayıb. Doğma yurdun ermənilər tərəfindən xarabaya çevrilməsi yəqin ki, ürəyinizi sızlatdı...

- Məni ora polkovnik dostum aparmışdı. Ona dedim ki, məni burdan tez çıxart. Çünki bir az da qalsaydım, bəlkə də, indi sizinlə danışa bilmirdim, başa düşürsən?! Bu, hisslik məsələ deyil. Ağıl da başqa şeydir, hiss də başqa şeydir. Bizim hissimiz başqa millətlər üçün yaddır. O millətlər bizi anlaya bilər ki, onların gərək, ermənilər kimi qonşusu ola. Bəşəriyyət ermənilər kimi insanlıqda haqqı olmayan, nadürüst, çörəyi dizinin üstündə, anasının əmcəyini kəsən ikinci bir millət görməyib. Dediklərim söyüş deyil, onların portretinə ştrixlərdir.

Təsəvvür edin, bunlar ölü ilə də dava edən millətdir, qəbirləri dağıdan məxluqdurlar. Ölünün bir Vətəni var, bir də özünün mikrovətəni var ki, bu, onun qəbridir. Ermənilər ölülərimizin mikrovətəninə də əl uzadıblar. Qəbri dağıdıb, orada qızıl diş axtaran millətdən nə gözləmək olar?! Unitazı qucaqlayan ermənini gördünüz də, videokadrları yayılmışdı.

- Bəli. Nəinki biz, bütün dünya gördü.

- Elə bil ki, unitazı yox, İkinci Qaregini qucaqlamışdı. Bunlar üçün müqəddəs nə varsa, həmin qucaqladığının içərisindədir. Sənin kimi bir neçə jurnalist soruşub ki, "Füzulidə nə hisslər keçirdiniz?". Hiss keçirmək halındayam ki... Doğma yurduma qovuşmuşam, amma yurduma qoyub gəldiyim şəkildə qovuşmadım da... Eybi yox, oranı biz yaratmışdıq, ermənilər dağıtdılar. Onları torpağımızdan küçük kimi qovduq. Yenidən oranı quracağıq, yaradacağıq. Vətənin xarabalığı da gözəldir, gözəlliyi də gözəldir. Baxır, sən ona hansı yöndən baxırsan. Yadındadır, yaşlı kişilər, qadınlar müsahibələrində deyirdilər ki, bircə torpağımız alınsın, gedib çadırda yaşayacağıq. Bu millətin torpaq eşqi çox böyükdür və bu sevginin hesabına Qarabağ işğaldan azad edildi. Torpağımıza olan sevgi qədər də erməniyə böyük nifrət vardı. Böyük sevgi ilə böyük nifrətin qarışığından Qarabağ bizə qayıtdı.

- Xalqda erməniyə nifrət varsa, sülh necə əldə ediləcək? Mənfur da olsa, qonşumuzdurlar, nə biz harasa köçəsiyik, nə də onlar...

- Bu, ermənilərin ilk vandallığı deyil. Əsrlər boyu onlar mənfurluq ediblər, sonra sülh əldə olunub, biz təzədən dost olmuşuq. Bir yazıçı kimi, ziyalı kimi bu suala cavab verəcəm və bu, mənim öz mövqeyim olacaq. Dövlətimizin öz mövqeyi var, hökumətimizin öz siyasəti var, özləri bilərlər. Amma məndən yüz dəfə də soruşsalar takrar edəcəm: mən ermənilərlə dost olmayacam.

Mənim tanıdığım bir kənddə bir sürücü "QAZ-51" maşınını arxaya verəndə qonşunun uşağını vurub öldürmüşdü. Bir həftə keçmədi ki, o qeyrətli sürücü nəinki o küçədən, ümumiyyətlə, kənddən köçüb getdi. Bu, böyük bir əxlaqdır ki, yalnız azərbaycanlılara məxsusdur. Erməninin əxlaqı olmadığına görə onlar Qarabağda qalıb yaşaya bilərlər. Amma şəxsən mən onlarla dost ola bilmərəm.

Tutaq ki, Xocalıya getmişəm, orada bir erməni gördüm. Həmin vaxt Milli Qəhrəman Çingiz Mustafayevin - Allah ona rəhmət eləsin - çəkdiyi kadrlar gözümün qabağına gələcək və mən bu yaşımda öz hərəkətimə cavabdeh ola bilməyəcəm. Ola bilsin ki, vurub erməninin gözünü çıxararam, vurub öldürərəm. Yəni ki, bizim onlarla birlikdə yaşamağımız qeyri-mümkündür. Bu, mənim vətəndaş mövqeyimdir, dövlətimin mövqeyinə heç bir dəxli yoxdur. Həm də inanmıram ki, onlar Qarabağda qalsınlar, yaşasınlar.

- Hesab edirsiniz ki, çıxıb gedəcəklər?

- Ona görə yox ki, günahkar olduqlarını dərk edəcəklər, "QAZ-51" sürücüsü kimi ar-abır edəcəklər. O "şofer" günahsız idi, törətdiyi hadisə qəzavü-qədər idi. Ermənilər bu vəhşiliyi qəsdlə ediblər. İndi hansı üzlə öz arvadını, ya bacısını mənimlə tanış edəcək?! Elə alçaqlıq, şərəfsizlik ediblər ki... Onların törətdikləri qəddarlıq ümumbəşəri cinayətdir, Allahın yaratdığı ən gözəl varlıq olan insana xəyanətdir. Müharibələr hər zaman olub, ölüm-itim baş verib. Amma ermənilərin törətdikləri heç bir müharibə qanununa uyğun gəlmir.

İkinci Qarabağ müharibəsindən sonra bunlar küçük kimi quyruqlarını bulaya-bulaya, Putinin çəkməsini yalaya-yalaya Kəlbəcərdən çıxmaq üçün 10 gün vaxt istədilər. Sonra da nə vardısa yandırdılar və elə çıxdılar. Gərək biz onların hamısının axırına çıxaydıq, qırılıb 100 nəfər də qalsaq, onlardan birini də salamat buraxmamalıydıq.

- Amma bəzi ziyalılar bildirirlər ki, ermənilərə qarşı belə kəskin danışmayaq, Qafqazda sülh istəyiriksə, mülayim olmalıyıq. Məsələn, Fransa ilə Britaniya arasında müharibə yüz il davam edib, indi dostdurlar, mehribandırlar...

- Birincisi, elə deyil, malı-mala qatmayaq. İkincisi, kim deyirsə ki, “sərt danışmayaq”, qoy onlar yumşaq danışsınlar. Qoy onlar getsinlər yenidən ermənilərlə kirvəlik etsinlər. Mən onlar kimi düşünmürəm. Bala, sən də elə düşünürsən?

- Seyran müəllim, mən xalqımız kimi düşünürəm...

- Bütün Azərbaycan hamısı bizim kimi düşünür. Yalançı humanistlik lazım deyil. Bir dəfə məşhur azərbaycanlı qadın, həm də ictimaiyyətçi - adını demirəm, yaxşı deyil - dedi ki, ermənilərin mülkiləri ilə işiniz olmasın. Ondan da bir gün qabaq ermənilər Gəncəni bombalamışdı, üç gün qabaq Bərdəni, Tərtəri bombalamışdı, mülki əhalimizi qətlə yetirmişdilər. Uşaqları öldürdülər, uşaqları... Mən o qadının ərinə zəng elədim, dedim, “arvadını yığışdır, ə!” Əri də məşhur adamdır. Bilirsən, hər şeyin qaydası var, əndazəsi var.

Azərbaycan xalqı çox böyük xalqdır. Amma bizim yaddaşımızda problem var. Mən əvvəl də demişəm, indi də AYNA vasitəsilə xalqımıza deyirəm: Azərbaycan xalqı, sən çox nəhəng xalqsan, amma səndə yaddaş problemi var. Hər 20 ildən, 25 ildən, uzaqbaşı 30 ildən bir xalqın yadına salmaq lazımdır ki, sən böyük xalq kimi özünü böyük, qeyrətinə, namusuna uyğun apar. Haxçıqların, haxçiklərin şirin dillərinə uymaq lazım deyil. Belə götürəndə, mən bir yazıçı kimi, humanist peşə sahibi kimi, Seyran Səxavət kimi, guya haqqım yoxdur ki, "bütün erməni xalqı pisdir" deyəm. Amma yox, mən deyirəm: pisdirlər!

Onlar Kəlbəcərdə unitazı qucaqlayıb, evləri yandıra-yandıra çıxanda bu qərara gəlmişəm ki, bunların hamısının başı kəsiləsidir. Bunlarla dost olmaq olmaz, qəti olmaz. Bunlar heç qonşu da deyillər, gəlib bizim torpağımıza girib özlərinə dövlət yaradıblar. İndi zaman keçib, qonşu adı ilə bölgəmizdə yaşayırlar. Dünya da bunları dövlət kimi tanıyır, Azərbaycanın qonşusu kimi qələmə verirlər. Ona görə də ermənilərlə dostluq yox, qonşuluq etmək məcburiyyətindəyik. Amma məşhur məsəli bir az dəyişib belə edirəm: erməni ilə qonşuluq elə, amma dəyənəyi əlindən yerə qoyma. Biz dəyənəyi heç vaxt əldə yerə qoymamalıyıq.

- İkinci Qarabağ müharibəsi ilə bağlı nəsə yazırsınızmı?

- Hələ 10-15 il bundan qabaq televiziyada açıq şəkildə bəyan etdim ki, Qarabağdan yazmayacam. Ərkim keçən qələm adamlarına da - Musa Yaquba, Ramiz Rövşənə, Vaqif Bəhmənliyə... Qarabağdan yazmağa qadağa qoydum. Aparıcı mənə sual verdi ki, “Qarabağdan niyə yazmırsınız?” Birtəhər başa saldım ki, özümüz özümüzü aldatmamalıyıq. Bizi yaxın qonşularımız aldadır, uzaq qonşularımız aldadır, beynəlxalq təşkilatlar, ATƏT, BMT, nə bilim digərləri aldadır da... Heç olmasa, özümüz özümüzü aldatmamalıyıq. Poemada, romanda alınan Qarabağ mənə lazım deyildi axı. Bax, mənə indi alınan Qarabağ lazımdır - hansı ki, torpağı yerdən götürüb üzümə sürtə bilim, onun ətrini içimə çəkə bilim. Romanda alınan Qarabağda mən nə edə bilərdim ki... Bəlkə səhv deyirəm?! Qadağa qoyduğum qələm dostlarım dedilər ki, “bəs nə edək, əlimizi-qolumuzu yanımıza salıb oturaq?” Dedim, yox, Qarabağla bağlı ən möhtəşəm əsəri Ali Baş Komandan yazmalıdır. Bunu hələ 15 il qabaq demişdim və şükrlər olsun ki, Ali Baş Komandan bu əsəri yazdı.

Ədəbiyyatda nəzirə var: tutaq ki, Mirzə Ələkbər Sabir Füzulinin bir qəzəlinə nəzirə yazır. Nəzirə nə qədər güclü olsa da, Füzulinin qəzəlindən güclü olmayacaq. Ona görə yox ki, onu Füzuli yazıb, ona görə ki, Füzulinin qəzəli orijinaldır, nəzirə isə bənzətmədir. Demək istədiyim odur ki, Ali Baş Komandanımızın, sərkərdəmizin yazdığı "Qarabağnamə"dən sonra nə yazsaq da, nəzirə olacaq. Mən də bir yazıçı olaraq heç kəsə oxşamaq istəmirəm. Ondan yaxşı əsər yaza bilməyəcəmsə, özümü niyə biabır edim?! İndi bu fikirdəyəm, ola bilər ki, sabah fikrimdən dönə bilərəm.

- Xatırlayıram ki, 10-15 il qabaq siz Qarabağla bağlı suala cavabda demişdiniz ki, "Qarabağ azad olunanadək kişilikdən istefa verirəm". "İstefanızı" geri götürdünüzmü?

- Olduğu kimi təkrar edirəm: “nə qədər ki, Qarabağ torpağı erməni işğalındadır, lap aşağıdan lap yuxarıya kimi kim özünü kişi hesab edir-etsin, mən özümü kişi hesab etmirəm və bu gündən kişilikdən istefa verirəm”. Mən 20 il bundan qabaq "istefa ərizəmi" yazmışdım, amma sizin üçün də, mənim üçün də 2020-ci ilin şərəfli günlərində Azərbaycan əsgərindən bildiriş gəldi ki, "Seyran müəllim, sizin "kişilikdən istefa vermək" haqqındakı ərizəniz qəbul edilmədi".

Bilirsiniz, doğrudan, başıaşağı gəzirdim. Evdə arvadın da üstünə qışqıra bilmirdim, deyə bilmirdim ki, çay gətir. Çünki birdən arvad qayıdıb deyərdi, "kişisənsə, get torpağını azad et". O zaman mən nə cavab verəcəkdim? Amma indi arvada deyirəm ki, mənə çay gətir, özü də bir az tez.

Geri qayıt