Əsas Səhifə > Şou-biznes > “Elə kişinin boyunu yerə soxum, yoldaşına gül almır, başqa xanıma bağ saldırır...”

“Elə kişinin boyunu yerə soxum, yoldaşına gül almır, başqa xanıma bağ saldırır...”


13-04-2022, 08:55
“Elə kişinin boyunu yerə soxum, yoldaşına gül almır, başqa xanıma bağ saldırır...”
“Elə qadınlar var ki, deyir ki, həyat yoldaşım mənə gül almayıb, hədiyyə almayıb. O dəqiqə ailələrini dağıdırlar. Belə şeylərin üstündə ailə dağıtmaq olmaz. Ailə bilirsiniz nəyin üstündə dağılır? Xanımına gül almır, amma eşidirsən ki, başqa xanıma bağban tutub, bağ salır. Adama bu təsir edə bilər. O zaman nəinki ailə dağılar, daha betər hadisələr baş verər. Əgər kişinin imkanı yoxdursa, hədiyyə ala bilmirsə bunun üstündə ailə dağılmamalıdır”. dia-az.life xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında şairə Nazilə Səfərli deyib. O, daha sonra əlavə edib.

“Həyat yoldaşım indiyə qədər mənə gül almayıb. İndi mən ailəmi dağıtmalı idim? Mən bunu yoldaşıma rahat şəkildə deyirəm, onun arxasınca danışmıram. Bu bizim evimizin ümumi söhbətidir. Bir-birimizə zarafatca da bunu deyirik. Elə ailələr var ki, qadın bu sözü dilinə gətirəndə ərləri də inciyir, deyir ki, almamışam, almamışam da, bunu niyə deyirsən? İndi mən deyirəm ki, yoldaşım mənə gül almayıb, bəlkə yoldaşım üçün də mən elə şeylər var ki, başqa qadınlar edir ərlərinə, amma mən edə bilməmişəm, çatdıra bilməmişəm. Bəlkə yüksək səviyyədə qulluğunda dayana bilməmişəm. Bu kəm-kəsirləri üst-üstə gətirib ailədə könül qırmağın nə mənası var ki? O gün Atv də “Bizimləsən” verilişində bir mövzu ilə bağlı qonaq olmuşdum. Kişi narkotika təsiri altında gəlib arvadını döyürdü. O gül alsa nə olacaq, bağça salsa nə olacaq?! Dəysin onun başına! Hamilə qadının başını aşağı əyib, kürəyini bıçaqlayır. Elə kişinin boyunu yerə soxum elə” deyə Nazilə Səfərli deyib.

Geri qayıt