Əsas Səhifə > Şou-biznes > Milyonlar qazanan şou əhli: Nə qədər fitrə verib?
Milyonlar qazanan şou əhli: Nə qədər fitrə verib?4-05-2022, 14:56 |
Bu il Ramazan bayramında fitrə zəkatının nə qədər olacağı geniş şəkildə müzakirələrə səbəb oldu. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi bu il hər bir şəxs üçün 10-15 manat məbləğində fitrə pulu çıxarılmasını müəyyən etmişdi. Lakin sözügedən qərar heç də birmənalı qarşılanmamışdı. Cəmiyyətin böyük əksəriyyəti bu rəqəmin həddindən artıq yüksək olduğunu deyirdi. Daha sonradan müxtəlif din adamları və qurumlar isə hər insanın büdcəsinə uyğun fitrə çıxara biləcəyini söylədilər. Cəmiyyətin hər bir təbəqəsi kimi şou-biznes nümayəndələri də fitrə çıxaranlar sırasında idi. Maraqlıdır, şou əhli nə qədər fitrə zəkatı verib?dia-az.life cebhe.info-ya istinadla məşhurlar arasında keçirilən sorğunu təqdim edir: Müğənni Roza Zərgərli 180 manat fitrə zəkatı çıxardığını açıqlayıb: “Evim və maşınım üçün ayrı-ayrılıqda 30 manat, ailə üzvlərimiz üçün isə 120 manat fitrə pulu ödədim”. Sənətçi Afət Fərmanqızı isə 100 manat fitrə pulu çıxardığını deyib: “Bloku təmizləyən xanıma 100 manat verdim. Onsuz da həmin xanımı hər görəndə hörmət edirəm, amma bu dəfə fitrə pulu olaraq verdim”. Prodüser Təranə Səmədova isə deizt olduğu üçün fitrə pulu çıxarmadığını bildirib: “Amma demək olar ki, hər gün fitrə pulu çıxarıram. Həyətimizdə seyid qızı var və ona hər gün ən azı 1 manat pul verirəm. Yəni ildə bir dəfə etməkdənsə, bunu vicdanımla hər gün edirəm. Ümumiyyətlə, fitrə pulunun konkret qiyməti olaraq göstərilən buğda pulunu hər gün çıxarıram”. Müğənni Cabbar Musayev bir xəstəyə yardım etdiyini bildirib: “Bu il bir nəfər üçün fitrə pulu 7 manatdan hesablandı. Mən də bir xəstənin kartına 25 manat köçürdüm”. Hazırda Türkiyədə yaşayan aparıcı və aktrisa Aysel Nazim isə çox böyük miqdarda fitrə zəkatı ödəyib: “Ramazan bayramında buradakı işçilərimizə 300 min TL pul payladıq. Bu da bizim pulla təxminən 34 min manat edir. Həmçinin, geyinmədiyim köhnə paltarlarımı da onlara verdim”. Müğənni Rahidə Baxışova isə nə qədər fitrə verdiyini demək istəmədi: “Qədərini deyə bilmərəm. Əsas odur ki, Allah qəbul etsin!” Geri qayıt |