Əsas Səhifə > Şou-biznes > "Bizdə reklam bazarında vəziyyət heç də ürəkaçan deyil"
"Bizdə reklam bazarında vəziyyət heç də ürəkaçan deyil"7-05-2022, 07:52 |
Televiziyalar bəzən media qanunlarına zidd hərəkətlərə görə cəzalandırılır. Efirlər müvəqqəti dayandırılır. Analoji hadisə mayın 5-də baş verib. Belə ki, həmin gün Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib. Proqramların monitorinqinin müzakirəsi zamanı "ARB” televiziyasının yayımına 3 saatlıq qadağa qoyulub. "ARB” televiziya yayımçısının efirində 3 may 2022-ci il tarixdə saat 13:35 - 15.30 arası yayımlanan "Elgizlə izlə” proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsinə görə efir dayandırılıb. dia-az.life-ın məlumatına görə, televiziyalarda yaşanan durumla bağlı "Sherg.az"a açıqlama verən media eksperti Zeynal Məmmədlinin qənaətincə, yayımın dayandırılmasına uyğun iki cür ziyanı nəzərdə tutmaq mümkündür: "3 saat ərzində nə qədər reklam göstərilə bilərdi? Hər saata uyğun 10 dəqiqədən bir hesablasaq, yarım saatlıq reklam gəlirindən məhrum olmaq anlamına gəlir. Bizdə reklam bazarında vəziyyət heç də ürəkaçan deyil, başa düşürəm. Şəffaflıq da çox azdır. Digər tərəfi isə efirin qapadılmasıdır. Bir şeyi anlamıram ki, efir dayandırılanda başqa nəsə ilə əvəzləyiblər? Tutalım, Audiovizual Şura həmin vaxtı filan verilişi, yaxud görüntünü yayımlansın. "Filan şey" də çox vaxt sosial yönümlü, mədəniyyətlə, təhsilə dairdir. Görülən tədbirlərin indiki Azərbaycan şəraitində nə dərəcədə səmərəli olduğuna bir söz deyə bilmərəm, şübhə ilə yanaşıram. Amma böyük reklam bazarı, həmçinin televiziyalar arasında güclü rəqabət və sərbəst bazar olsaydı, çox təsir göstərəcəkdi. Nüfuza və iqtisadiyyata dəyən ziyana əsasən, ağır nəticələnəcəkdi. Pozuntunun səbəblərinə daha həssas yanaşılacaqdı. Televiziyalar pozuntunu ədalətsiz sayırsa, məhkəmə iddiaları qaldırardı. Bu isə Audiovizual Şuranın işini daha yaxşı aparmasına gətirib çıxarardı". Geri qayıt |