Əsas Səhifə > Şou-biznes > "Bir sənət insanının arzusu nə ola bilər ki?"

"Bir sənət insanının arzusu nə ola bilər ki?"


9-07-2022, 09:45
"Bir sənət insanının arzusu nə ola bilər ki?"
“Doğum günümü ilk təbrik edənlərdən biri də siz oldunuz. Çox təşəkkür edirəm. İnanılmaz dərəcədə xoşbəxtəm. Çünki 31 ildən sonra ilk dəfə olaraq mən doğum günümdə Bakıdayam. Özü də bu dəfə tək gəlməmişəm, qızım Sudə də mənimlə idi. Çox dostlarım var idi ki, ad günümü birlikdə qeyd etmək üçün məni çox yerlərə dəvət etdilər, amma mən öz ailəmlə doğum günümü qeyd etdim. 31 ildən sonra biz bir arada idik doğum günümdə. Nostalji anlar yaşadıq, dedik-güldük, sevindik-kövrəldik. Artıq bir yaş da gəncləşdim”. dia-az.life xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət Xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini, aktrisa-rejissor Məlahət Abbasova deyib. O, daha sonra əlavə edib.

“Ən böyük arzum hər zaman sağlam yaşamaq və ailəmlə birlikdə olmaqdır. Allah sevdiyimiz insanları bizdən ayırmasın. Nə qədər ki, Türkiyədəyəm, teatrdayam, Allah işlərimi avand etsin, gözəl-gözəl tamaşalar hazırlayım, Azərbaycan əsərlərini səhnələşdirim. Bir sənət insanının arzusu nə ola bilər ki? Yaşayım, yaradım. Bilirsiniz ki, Azərbaycanlı əsərlərin Türkiyədə teatr repertuarına daxil olması, qəbul olunması heç də asan məsələ deyil. Mən həmin əsər haqda elə bir təqdimat hazırlayıram ki, o əsər geri göndərilmir. Gecəmi-gündüzə qatıb, həmin əsərlərin tərcüməsi ilə şəxsən özüm məşğul oluram. Bütün bunları təmənnasız edirəm, mənim üçün mühüm olan əsərlərimizin Türkiyə teatrlarında repertuarda olmasıdır” deyə aktrisa bildirib.

Geri qayıt