Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı aktrisa: "Əgər həyat yoldaşım mənim..."

Azərbaycanlı aktrisa: "Əgər həyat yoldaşım mənim..."


9-01-2014, 10:01
Azərbaycanlı aktrisa: "Əgər həyat yoldaşım mənim..."
Rus Dram Teatrının aktrisası Həcər Ağayevanın Milli.Az-a müsahibəsi.

- Necə oldu ki, aktrisa olmağı qərarlaşdırdınız?

- Mənim uşaqlıqdan incəsənətə meylim olub. O illərdən rəqslə məşğul olmuşam. İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsini bitirib sənədlərimi Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim və rejissorluq fakültəsinə qəbul olundum. Həmin ildən etibarən - artıq 10 ildir ki, Dövlət Rus Dram Teatrında çalışıram.

- Səhnə sizin üçün nə deməkdir?

- Mən həyatda deyə bilmədiklərimi, ifadə edə bilmədiyim hisslərimi səhnədə bölüşürəm. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, səhnə mənim ruhumun dincəldiyi bir məkandır. "Sərgüzəşti-vəziri-xani-Lənkaran"da Şöləni, "Dərviş Məstəli Şah" da Şərəfnisəni, "Yay gecəsində yuxu"da Yelenanı və s. canlandırmışam. Bu və bunun kimi bir çox rollarım yaddaqalan olub.

- Sizi səhnədən hansı qüvvə ayıra bilər?

-Yalnız və yalnız ailəm. Əgər həyat yoldaşım mənim səhnədən uzaqlaşmağımı qətiyyətlə istəsə, onun qərarını tərəddüd etmədən nəzərə alaram.

- Yerli seriallardan dəvət alımısınızmı?

- Bəli, dəvət almağına alıram. Amma əlbəttə ki, sssenari, çəkiliş heyəti və s. məni qane etməyəndə razılığımı vermirəm. Məsələn, “Aramızda qalsın” serialına təklif aldım, şərtlər məni qane etdiyinə görə asanlıqla razılaşa bildik.

- Həyat yoldaşınızın sizin peşənizə münasibəti necədir?

- O məni və sənətimi həmişə dəstəkləyib. Çünki onun özü də bu sənəti çox sevir. Yoldaşım məni teatrda görüb bəyənib. Sonradan tanış olub bir-birimizi sevmişik və ailə qurmuşuq.

- Açıq-saçıq səhnələrdə rol alarsınızmı?

- Düşünürəm ki, xeyr, almaram. Ümumiyyətlə, mənə belə rollar təklif olunmayıb. Amma belə səhnələri canlandıran aktirasalara normal baxıram. Nəticə etibarilə, bu onların işi, peşəsidir.

- Təbiətcə necə birisiniz?

- Əslində çox müaliym bir insanam. Hamı ilə yola gedirəm. Amma hərdən sərtliyi də bacarırıam (gülür).

- Səhnədə kompleksləriniz var?

- Qətiyyən yoxdur. Əgər bir aktrisada, yaxud da aktyorda səhnəyə çıxarkən hansısa bir baxımdan kompleks yaranırsa, o özünü tamaşaçılara istədiyi kimi təqdim edə bilməyəcək. Yəni oynadığı rol da bir o qədər effektli alınmayacaq.

- Gələcək sizə nə vəd edir?

- Mən realist insanam. Xəyallardan çox, reallığa və işləməyə üstünlük verirəm. Hər şeyi zamanın öhdəsinə buraxmağa üstünlük verirəm.

Geri qayıt