Əsas Səhifə > Şou-biznes > “İnsan abırına sığınıb, susanda onu cəsarətsiz kimi tanıyırlar...”

“İnsan abırına sığınıb, susanda onu cəsarətsiz kimi tanıyırlar...”


6-02-2023, 10:07
“İnsan abırına sığınıb, susanda onu cəsarətsiz kimi tanıyırlar...”
“Ürəyimi gözəl saxlayıram, səs-küyü, qalmaqalı, söz-söhbəti qətiyyən sevmirəm. Ümumiyyətlə elə bir insanam ki, heç vaxt kiminsə qeybətini etmirəm. Buna heç vaxtım da yoxdur, həvəsim də. Günorta verilişlərdə, səs yazma studiyalarında oluram, axşam da toylarda. Allah xalqımıza xoş günlər nəsib etsin, toylar bol olsun ki, biz də gedib iştirak edək. Bizim çörəyimiz toylardan çıxır! Mən yalnız sənətimlə məşğulam, sənətimi, ailəmi, doğmalarımı sevirəm. Mənim nəyimə lazımdır ki, kimsə kiməsə belə dedi, elə dedi. Hətta yanımda kiminsə haqqında danışanda deyirəm ki, danışmayın, xoş söz deyin”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib.

“Həyatdır, bəzən sıxıntılar, problemlər, səbrimizin tükənən zamanı olur. Bəzən elə insanlarla qarşılaşırıq ki, insan abrına sığınıb, susduğu zamanlarda onu cəsarətsiz kimi tanıya bilirlər. Mənə həyatda güc verən doğmalarım, sevənlərim və sənətimdir. Ən çətin, səbrimin tükənən anlarında belə sevənlərimi, doğmalarımı düşünürəm. Onlar üçün səbr etməyə, əksər haqsızlıqlara göz yummağa özümü məcbur edirəm. Biz ruh adamlarıyıq. Haqqımda yazılan xoş rəyləri görəndə qol-qanad açıram. Ona mənim çox ehtiyacım var” deyə müğənni bildirib.

Müğənni illər əvvəl toyda başına gələn hadisələri də danışıb.

“Toylarda gözlənilməz hadisələrlə çox rastlaşmışam. O vaxtlar texnika bir o qədər də müasir deyildi. Bir də görürdün ki, mikrofonun batareyası qurtardı. Səs rejissoru gələnə qədər tez mikrofonun arxasını açıb, batareyaları dəyişirdim. Səs rejissorundan da cəld görürdüm bu işi. Bir dəfə də səhnədə oxuyurdum. Gördüm ki, səs aparatı alışıb yanır. İlk onu mən hiss etdim ki, texnika yanır. Tez su gətirib söndürdülər. Yaranmış vəziyyətdən üzüağ çıxdıq” deyə əməkdar artist bildirib.

Geri qayıt