Əsas Səhifə > Şou-biznes > Aşıq Zülfiyyə restoranının bağlanmasından danışdı:

Aşıq Zülfiyyə restoranının bağlanmasından danışdı:


9-05-2023, 06:44
Aşıq Zülfiyyə restoranının bağlanmasından danışdı:
“Restoranımızın bağlanması orada baş verən dava ilə əlaqədar deyil. Restoran qapalı məkan idi, soyuq aylar üçün nəzərdə tutulmuşdu. Biz özümüz də yay aylarında dağda-dərədə, açıq havada oluruq. Ona görə də restoranı müvəqqəti olaraq bağlamışıq. Hər il iyun-iyul aylarından bağlayırdıq, bu il istilər tez düşdüyü üçün may ayından bağladıq. Yay aylarında o cür bağlı məkanlar ziyana işləyir. Biz də bağlamağa məcbur idik. Yoxsa vergi, işçilərin maaşını çatdırmaq olmazdı. Ayda elə 4-5 min işçilərin maaşıdır. Restoranı bağlayıb, rayona gəlmişəm. Müəyyən çəkilişlər, toylar olandan-olana Bakıya gedirəm”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib. O, restoranlarında baş verən davaya da aydınlıq gətirib.

“Restorandır, hər şey baş verə bilər. Bu bizim iki tanışlarımız arasıdan baş verən bir mübahisə idi. Elə də böyük bir dava deyildi. Təbii ki, o insanlar da tanınmış şəxslər idi. Buna da oğlum Babək sərt reaksiya verdi ki, bu kimi hallar restoranda baş verməsin. Gündüz vaxtı idi, xoşbəxtlikdən müştəri də yox idi. Axşam vaxtı olsaydı bəlkə də söhbətləri hamı eşidərdi” deyə aşıq bildirib.

Aşıq Zülfiyyə toyların azalmasından da şikayətlənib.

“Toyun qazancı tam başqadır, biznesin qazancı tamam başqa. İndi sözün düzü, əvvəlki toylar da yoxdur. Biznes sahəsində də əvvəlki gəlir yoxdur. İndi problemlər daha çoxdur. Ümumi millətin də problemi çoxdur. Bir dəfə efirə çıxan kimi 4-5 dənə kart atırlar sənə. Elə bilirlər ki, efirə çıxanda bizə pul verirlər. Bizim də çevrəmizdə o qədər imkanı olmayan adamlar var ki, heç onlara çatdırıb kömək edə bilmirik. Yenə də əlimdən gələni edirəm” deyə aşıq bildirib.

“Niyə qadın aşıqlar bir-biri ilə yola getmir?” sualına isə Zülfiyyə xanım belə cavab verib.

“Xahiş edirəm məni onların içinə qatmayın. Neçə illərdir məni tanıyırsınız, üzdə necəyəmsə, içdə də eləyəm. Mən olduğum kimi görünən insanlardanam. Üzdə başqa, içdə başqa olanlardan deyiləm. Heç kimə də yaltaqlıq edib, donda-dona girməyi sevmirəm. Nə sözüm varsa deyərəm, cavabım varsa verərəm. Heç kimlə işim yoxdur, yəqin ki, heç kimin də mənimlə işi yoxdur. Hər birinə can sağlığı arzulayıram. Heç kimin nə pisliyini istəmərəm, nə də uğursuzluğunu. Məsəl var, deyirlər ki, “qonşun üçün iki inək istə ki, birini də sənə versin”. Şükür Allahın verib və vermədiklərinə” deyə aşıq bildirib.
Geri qayıt