Əsas Səhifə > Şou-biznes > “Heç vaxt toy qiymətimi deməmişəm, beş min manat veriblər, minini qaytarmışam...”

“Heç vaxt toy qiymətimi deməmişəm, beş min manat veriblər, minini qaytarmışam...”


12-06-2023, 07:14
“Heç vaxt toy qiymətimi deməmişəm, beş min manat veriblər, minini qaytarmışam...”
ANA SƏHİFƏ
BÜTÜN XƏBƏRLƏR
CƏMİYYƏT
SİYASƏT
GÜNDƏM
MÜSAHİBƏ
ARAŞDIRMA
REPORTAJ
KÖŞƏ
DÜNYA
MARAQLI
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
KRİMİNAL
İDMAN
İQTİSADİYYAT
HADİSƏ
ƏDƏBİYYAT
SAĞLAMLIQ
QARABAĞ
HƏRB

Pəncərədən meymunu görüb Pəncərədən meymunu görüb "Afrika qrupu bizə qoşulub" ifadəsinə görə diplomat işdən qovuldu
Britaniya universitetləri İranın Britaniya universitetləri İranın "qatil dronlarının” hazırlanmasına yardım edir? - ŞOK İDDİA...
"Menstruasiya zamanı miqren" : burada hansı əlaqə var və ağrını necə yüngülləşdirmək olar?
Alimlər pasiyentlə birlikdə böyüyən süni ürək yaratdılar... - MARAQLIAlimlər pasiyentlə birlikdə böyüyən süni ürək yaratdılar... - MARAQLI
İldırım vurandan sonra möcüzə nəticəsində sağ qalan qadında qəribə dəyişiklik baş verdi...İldırım vurandan sonra möcüzə nəticəsində sağ qalan qadında qəribə dəyişiklik baş verdi...
ABŞ və İran arasında hazırlanan sazişin əlamətləri üzə çıxdı: Omanda gizli danlışıqlar...ABŞ və İran arasında hazırlanan sazişin əlamətləri üzə çıxdı: Omanda gizli danlışıqlar...
"Türkiyədə zəlzələdə 50 mindən artıq adam öldü, siz ölsəniz nə olacaq ki..?" - VİDEO
"Bu, ölkənin minlərlə müəlliminə və müəllim adına açıq həqarətdir..."
Pəncərədən meymunu görüb Pəncərədən meymunu görüb "Afrika qrupu bizə qoşulub" ifadəsinə görə diplomat işdən qovuldu
Britaniya universitetləri İranın Britaniya universitetləri İranın "qatil dronlarının” hazırlanmasına yardım edir? - ŞOK İDDİA...
"Menstruasiya zamanı miqren" : burada hansı əlaqə var və ağrını necə yüngülləşdirmək olar?
Alimlər pasiyentlə birlikdə böyüyən süni ürək yaratdılar... - MARAQLIAlimlər pasiyentlə birlikdə böyüyən süni ürək yaratdılar... - MARAQLI
İldırım vurandan sonra möcüzə nəticəsində sağ qalan qadında qəribə dəyişiklik baş verdi...İldırım vurandan sonra möcüzə nəticəsində sağ qalan qadında qəribə dəyişiklik baş verdi...
ABŞ və İran arasında hazırlanan sazişin əlamətləri üzə çıxdı: Omanda gizli danlışıqlar...ABŞ və İran arasında hazırlanan sazişin əlamətləri üzə çıxdı: Omanda gizli danlışıqlar...
“Heç vaxt toy qiymətimi deməmişəm, beş min manat veriblər, minini qaytarmışam...”
Oxunub: 42504:02, Bu gün
“Heç vaxt toy qiymətimi deməmişəm, beş min manat veriblər, minini qaytarmışam...”
“Səməd Səmədova dedim ki, sən oxuyan toylarda qız, mən oxuyan toylarda isə oğlan doğulur”

Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
“Ürəyim gəlmir ki, xalqıma toy qiymətimi deyim. Məni yaxından tanıyanlar bunu çox gözəl bilir. 48 ildir ki, toylara gedirəm. Elə vaxt olub ki, gətirib bizə 5 min manat veriblər, min manatını qaytarmışam. Heç kimi şişirdilmiş toy qiymətlərimlə incitməmişəm, ona görə də üzümə bütün qapılar açıq olub. Bir iş üçün harasa gedərəmsə, çox hörmətlə, izzətlə, qayğı və diqqətlə məni yola salırlar”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Cavanşir Məmmədov deyib.

“Müğənni özünü tərifləməməlidir. Müğənnini tərifləməlidirlər. Hər sahədə “moşşenik” lər olduğu kimi, bizim sahədə də var. Nə klipin çoxluğu ilə, nə bahalı maşınla, nə evlə, nə də varlı adamların toyuna getməklə sənəti bir tərəziyə qoymaq olmaz. Bunlarla öyünmək sənətkar ola bilməz. Sənət başqa şeydir. Oxuyan var ki, sifətinə baxırsan siması da, səsi də səhnəyə yararsızdır. Müğənnidə sənət də, mədəniyyət də, geyim də yerində olmalıdır. Sənəti yoxdur, amma adam professor olub. Kimi dindirirsən deyir ki, professoram. Professor vəsiqəsi almaqla professor olmurlar. Gözəl musiqisi olan xalqın içərisində alaq otları da var. Hansı ki, onlar musiqimizə zərbə vururlar. Nə mən, nə də ki, Firuzə xanım şou-biznes adamı deyilik. Şou-biznes o demək deyil ki, hər şeyə əl atmaqla gündəmə gəlməlisən. Belə olan halda, sən gündəmə aşağı səviyyəli bir sənət adamı kimi gələ bilərsən” deyə Cavanşir Məmmədov deyib.

Əməkdar artisti mərhum müğənni Səməd Səmədovla bağlı xatirəsini də bölüşüb.

“Rəhmətlik Səməd Səmədovla biz, o vaxt ən çox toya gedən müğənni olmuşuq. Onunla da mənim xüsusi zarafatım var idi. Çalışırdım ki, onu danışdırım, çünki rusdilli olduğu üçün bəzi sözləri düzgün demirdi. Bu da mənə xoş gəlirdi, gülüb zarafatlaşırdıq. Bir gün mənə dedi ki, “toylar necədir?”. Məhərrəm ayı çıxa-çıxda idi. Dedim ki, “belə də, o qədər də çox deyil, 15-16 toy olur aya”. Dedi ki, “səndə yaxşıdır yenə də, məndə 5-6 toy olur”. Soruşdu ki, “sən bilən mənim toylarım niyə azalıb?”. Dedim ki, “Səməd, sən oxuduğun toyların çoxunda eşitmişəm ki, qız olur” (gülür). O dəqiqə bu sözümə inandı. Dedim ki, mən ifa etdiyim toylarda isə oğlan doğulur (gülür). Allah rəhmət etsin, gör biz kimləri itirdik. Səmədin qəlbi uşaq kimi idi, hamıya inanırdı” deyə müğənni bildirib.
Geri qayıt