Əsas Səhifə > Şou-biznes > Rəqsanə keçmişindən danışıb ağladı

Rəqsanə keçmişindən danışıb ağladı


5-02-2014, 10:40
Rəqsanə keçmişindən danışıb ağladı
Müğənni Rəqsanə İsmayılova keçmiş günlərini xatırlayaraq ağlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında heç vaxt o günlərini unutmayacağını deyib:

“O qədər problemlər içində qalmışam ki... Heç kimim olmayıb ki, gedib kömək, məsləhət istəyim. Kimə yaxınlaşmışam, problemimi reklam edib, çıxıb deyib, Rəqsanənin belə işləri var... O insanlar mən pul qazananda faizlərimi yeyiblər. Vaxt olub ki, maşınsız qalmışam, telefonumu satıb pulunu nəyəsə sərf etmişəm. Arxamda mənə maşın, brilyantlar, ev bağışlayan kişilər durmayıb. Həyatımda anamdan başqa heç kim olmayıb. Atam çox imkanlı adamdır. Bir dəfə verilişə çıxdım, (“Səni axtarıram” verilişi nəzərdə tutulur- red.) çağırdım, amma bizi qəbul etmədi. Mənə avtomobil göndərdi. O avtomobil nəyimə lazım idi?”.

Rəqsanə Azərbaycandan getmə səbəblərini də açıqlayıb:

“Çox ağır günlər keçirirdim, orucluq ayı idi (ağlayır). Allaha yalvardım ki, pul, var-dövlət istəmirəm, qarşıma mənə mənəvi dayaq duracaq bir insan çıxar. Yanımda çalışan qız çox sözlər danışırdı, hamı haqqımda nəsə deyirdi, maşın problemləri çıxdı. Hər şeydən bezdim, nəticədə övladlarımı da götürüb Türkiyəyə getdim. Mən burdan baş götürüb qaçdım”.



Geri qayıt