Əsas Səhifə > Şou-biznes > "Səhnə, ekran səliqəni, gözəlliyi, gəncliyi sevir"

"Səhnə, ekran səliqəni, gözəlliyi, gəncliyi sevir"


9-07-2023, 07:53
"Səhnə, ekran səliqəni, gözəlliyi, gəncliyi sevir"
"Qızımın qoyduğu qadağalara əməl etmişəm. Nə üçünsə mən düşünürdüm ki, o daha haqlıdır. Bəlkə mən nəyisə düzgün etmirəm. Ola bilər, insanam... Çünki hər bir insanın kənarda detektoru olmalıdır. Ona baxan göz - güzgüsü olmalıdır. Sən o gözlərdə özünü görürsən, nəinki o divardakı güzgüdə...Amma daha nə mənim qızıma, nə də onun mənə qadağası var. Biz dostlaşmışıq".

DİA.AZ xəbər verir ki, bu sözləri əməkdar artist Sənubər İsgəndərli "Qapqara" yutub layihəsinə müsahibəsində deyib.

Aparıcı Kamran Ağabalayevin "Siz qocalmaqdan qorxursunuz. Hətta qocalmağa nifrət edirsiniz. Niyə qocalmırsınız? " sualına aktrisa özünəməxsus şəkildə cavab verib:

"Qocalığı sevən adamı mənə göstər. Qocalıq diaqnozdur. Qocalıq gücsüzlükdür. Qocalıq: ətrafın azalır, dost-tanış bir-bir gedir, sevdiyin insanlar seyrəlir.

Səhnə, ekran səliqəni, gözəlliyi, gəncliyi sevir. Və biz də tamaşaçı qarşısına çıxırıqsa çalışırıq ki, hansısa formada özümüzü formada saxlayaq. Bu uşaqlıqdan məndə var: geyinmək, keçinmək, bəzənmək...Evdə də elə vəziyyətdə olasan ki, sanki harasa gedirsən. Bundan özüm də çıxa bilmirəm"- aktisa bildirib.
Geri qayıt