Əsas Səhifə > Şou-biznes > İradənin hədiyyələrini qayınanası zibilliyə atıb

İradənin hədiyyələrini qayınanası zibilliyə atıb


14-02-2014, 11:12
İradənin hədiyyələrini qayınanası zibilliyə atıb
Müğənni İradə İbrahimova şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, sənətçi subay vaxtlarında başına gələn hadisədən danışıb:

“Ceyhunla subay vaxtlarımızda hansısa mövzuda sözlərimiz uyğun gəlmir, küsürdük. Danışmırdıq, Ceyhun da pis olurmuş. Qayınanam isə Ceyhunun pis olduğunu görüb ona verdiyim bütün hədiyyələri zibilliyə atırmış. Oğlunun acı çəkməsinə dözə bilmirmiş. Deyirmiş ki, gözü görməsin, yadından çıxsın. Bunu ailə həyatı qurandan sonra öyrənmişəm”.

Geri qayıt