Əsas Səhifə > Şou-biznes > Brilliantla barışmağıma sevinənlər az oldu"
Brilliantla barışmağıma sevinənlər az oldu"22-10-2023, 10:06 |
"Brilliant xanım gözləmirdi mən onun ad gununə gələrək barışıq addımını ataram. Bu sürpriz idi. Siz onun bu hadisədən təəccüblü reaksiyasını görmədiniz? İnsanlar çox tələsdilər bu barışığı beyinlərində montaj edib o formada təqdim etməyə". DİA.AZ Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu "10-da görüşək" səhər şousunda deyib. Sənətçi Xalq artisti Brilliant Dadaşova ilə barışmasından söz açıb. Lalə bildirib ki, qarşı tərəfin onun bu addımını atmasından xəbəri olmayıb: "Mən Brilliant Dadaşova ilə barışmağımı piar üçün etmədim. Eləsəydim öz telefonuma çəkilərdi kənardan. Bu qəlbən gələn bir addım idi. Sadəcə sonradan başa düşdüm ki, bizim küsülü olmağımız musiqini sevməyən insanlar üçün nə qədər maraqlı imiş. Bizim barışmağımıza sevinənlərin sayı az oldu. Mən Brilliant xanımla rəfiqə olmamışam. Yaxın dostluğumuz da olmayıb. Arada boş, mənasız söhbətlər oldu. Bu addımı atmaq içimdən gəldi. Brilliant Dadaşova bu səhnədə artıq sözünü demiş sənətkardır. Onun həqiqiətən də xəbəri yox idi. Birdən birə illərdir danışmadığı insan daxil olur içəri... Onun bu reaksiyası da normal idi". Geri qayıt |