Əsas Səhifə > Şou-biznes > "Kimsə cəsarət edib mənim yerimə danışmasın"

"Kimsə cəsarət edib mənim yerimə danışmasın"


28-02-2014, 12:15
"Kimsə cəsarət edib mənim yerimə danışmasın"
Xalq artisti Nisə Qasımova maraqlı açıqlamaları ilə gündəmə gəlib. ANS PRESS-in məlumatına görə, məşhur sənətçi bu dəfə Brilliant Dadaşova haqqında danışdı. Nisə xanım Brilliant Dadaşovaya qarşı qruplaşmada adının hallanmasından qəzəblənib.

Beləki magazin proqramlarının birinin anonsunda sənətçinin Faiq Ağayevlə birgə fotosu və B. Dadaşovaya qarşı birləşmələri haqda məlumat yayımlanıb. Bu olaydan qəzəblənən Nisə xanım saytımıza açıqlamasında bunları bildirib.

"Mən ümumiyyətlə qruplaşmanin əleyhinə olmuşam. Kimsə cəsarət edib mənim yerimə danişmasın. Mən özüm küsməyi bacardığım kimi barışmağı da bacarıram". Xalq artistinin açıqlamasından bəlli olur hazırda soyuq münasibətlərdə olan hər iki sənətkar xanımlar arasında yaxın zamanlarda barışıq gözlənilə bilər.

Qeyd edək ki, ötən il Brilliant Dadaşova siqaret çəkən qadın müğənnilərin gənclərə pis nümunə olması barədə dediyi fikirlər Nisə xanımda narazıçılıq yaratmışdı. Daha sonra isə Xalq artisti açıqlama verərək anlaşılmamazlıq olduğunu vurğulayıb: "Mən proqramda siqaretin ziyanından danışmışam, fikrim xoşagəlməz reaksiyaya səbəb olub. Siqareti çoxları çəkir, professor da, müəllim də”-deyərək fikrin bildirmişdi.

Geri qayıt