Əsas Səhifə > Şou-biznes > “Mən erməni toyunda oxumamışam”
“Mən erməni toyunda oxumamışam”28-02-2014, 13:06 |
DİA.AZ: - Müğənni Ramal Əsədzadə dünən “Youtube”də yayılan videoyla əlaqədar açıqlama verib. O, DİA.AZ-a açıqlamasında bildirib ki, haqqında yayılan bu video tamamilə yanlışdır: “Mən erməni toyunda oxumamışam. O toyda yalnız mənim “Boylana-boylana” mahnım səslənir. Özüm isə yoxam. Bəyəm bizim yerli toylarda diskoteka zamani Şakiranın, Beyonsun və.s mahnıları səslənəndə o müğənnilər toyda olur? Burada da sadəcə mənim mahnım var özüm yox. Təəssüfki elə insanlar var ki dünən bu videoya inandılar. Amma bütün Azərbaycan bilsin ki, mən əsla vətənimi, millətimi pula satmaram. O şərəfsiz xalqın pulu mənə lazım deyil. Axı mən Azərbaycanlıyam”... Geri qayıt |