Əsas Səhifə > Şou-biznes > Kərim keçmiş həyat yoldaşını məhkəməyə verdi

Kərim keçmiş həyat yoldaşını məhkəməyə verdi


4-03-2014, 11:48
Kərim keçmiş həyat yoldaşını məhkəməyə verdi
Müğənni Kərim Abbasov keçmiş həyat yoldaşı Təranə Səmədovanı məhkəməyə verib.

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda ANS telekanalında yayımlanan “Şoubiz” verilişinə açıqlama verib:

“Təbii ki, onu məhkəməyə verdim. Artıq vəkilim bu işlə bağlı iddiaları götürüb. Kiminsə ünvanına toxunan sözlər, şərəf və ləyaqətinə, nüfuzuna təsir edən ifadələr olanda ağıllı insan məhkəməyə verməlidir. Mən də məhkəməyə müraciət etdim. İnşallah, qalibiyyət bizimlədir. Əsas odur ki, mənim uşağımın atası da var, anası da. Kəbinli sübutdur, zaqsdır. Başa düşür, söhbət nədən gedir”.

Qeyd edək ki, T.Səmədova “Adam içində” verilişində K.Abbasovun övladı ilə bağlı yalan danışdığını, onun xəstə olduğunu və heç vaxt ata ola bilməyəcəyini iddia etmişdi.

Geri qayıt