Əsas Səhifə > Şou-biznes > "Məni görəndə necə tərifləyirlər, amma efirdə bir dəfə adımı çəkmirlər"
"Məni görəndə necə tərifləyirlər, amma efirdə bir dəfə adımı çəkmirlər"10-02-2024, 09:03 |
"Azərbaycanda oriental rəqs qəbul olunmur. Mənəvi olaraq çox çətindir. Özümə qəbul etdirə bilmədim. Ona görə də rəqsimin ən tələbolunan vaxtında onunla sağollaşdım". Axşam.az xəbər verir ki, bu sözləri müğənni-rəqqasə Sevda Sanəliyeva "Özəl" proqramına açıqlamasında deyib. Sənətçi bir müddət yaradıcılığına fasilə verməsindən danışıb: "Övladlarıma görə sənətə fasilə verdim. İstəmədim uşaqlarım dayə əlində böyüsün. Daha sonra isə anamı itirdim deyə fasilə verdim. Televiziyadan uzaqlaşsam da, səhnədə olurdum. Uşaqlarıma görə son nəfəsimə qədər sevə-sevə sənəti ataram". Sevda sənət dostlarından gileylənib: "Məni görəndə necə tərifləyirlər, amma efirdə bir dəfə adımı çəkmirlər. Niyə adım çəkilmir? Şou-biznesdə xoşuma gəlməyən çox şey var. Çox istəyərdim efirdə şəxsi söhbət olmasın, bir-biri ilə dalaşmasınlar. İzləyiciyə hörmətsizlikdir. Mən, böyüyüm, övladım baxır. Utanıram... Bir də efirdə açıq geyinmələrini istəməzdim. Geyimə diqqət edilsin". Geri qayıt |