Əsas Səhifə > Şou-biznes > "Deyəsən, inciyib -küsən bütün rejissorların kəffarəsini Orxan Fikrətoğlu ödəməli olacaq"

"Deyəsən, inciyib -küsən bütün rejissorların kəffarəsini Orxan Fikrətoğlu ödəməli olacaq"


23-02-2024, 16:47
"Deyəsən, inciyib -küsən bütün rejissorların kəffarəsini Orxan Fikrətoğlu ödəməli olacaq"
"22 illik sənət fəaliyyətimdə heç bir zaman Mədəniyyət nazirliyinin Azərbaycan kinosunun inkişafı üçün atdığı addımlara ümidli şəkildə yanaşmamışam. Belə ki, nazirliyin layihələrinə nəzər yetirdikdə ordada heç bir zaman istedadlı gənclərin özünü inkişafı, Azərbaycan kinosunun yeni mərhələyə dönəmi üçün atılan heç bir addımın uğurlu olacağına inamım olmayıb. Ta ki, Orxan Fikrətoğlunun Mədəniyyət nazirliyinə Azərbaycan Respublikasının Kino Agentliyinə rəhbər təyin olunan günə qədər"

Bu sözləri Moderator.az-a tanınmış rejissor, aktyor Kənan M.M. bildirib. O qeyd edib ki,
Orxan Fikrətoğlunun təyinatı Azərbaycan mədəniyyəti, xüsusən də kinosu üçün yeni bir mərhələnin başlanğıcı olacaq:
"Köhnə kino işçiləri onu əsil kino fədaisi kimi tanıyır. Orxan Fikrətoğlu cənab nazirimizin seçimi ilə kino müşaviri olduqdan sonra tamaşaçıların pərdəarxasını görmədiyi sənət adamları üçün isə ciddi ümid yeri olan çox şeylər baş verdi, ilk olaraq onu deyim ki, adamın mayası kino ilə yoğrulub. İnsan 4 ay içində nələr edə bilər və ya Orxan bəy 4 ay içində nələr etdi? Xatırlayıram ki, Azərbaycan kinosunun taleyini Mədəniyyət nazirliyinin kino bölməsindən bir müəllim həll edirdi, məsələn bir ssenari verirdin elə yanındaca varaqlayırdı və deyirdi ki, yox e bu xoşuma gəlmədi. Soruşanda niyə deyirdi nə bilim nəsə tutmadı məni, bəyənmədim. Ay qardaş, belə kino taleyi həll elemirler ey.
Amma Orxan Fikrətoğlunun təşəbbüsü ilə ssenari labarotoriyasi yaradıldı, bu bilirsiniz nə deməkdir? Misal üçün sizə bir ssenari daxil olur, ssenarinin hekayəsi çox gözəldirsə zəif olsa belə o ssenarini zibil qabına atmırlar. Həmin ssenarini labaratoriyada peşəkarların dəstəyi ilə inkişaf eletdirirlər və ən qürurverici tərəfi isə bu labaratoriyanın rəhbəri, dünyaca məşhur türk rejissoru Berlin kino festivalının qalibi Semih Kaplanoğludur

Bu il Özbəkistan, Türkiyə, Azərbaycan ölkələri ilə müştərək üç film çəkilir.

Belə ki, heç bir zaman baş verməyən bir möcüzədir bu. 16 film çəkilir, bu 16 rejissor 16 kamanda deməkdir.
Üstəlik müsabiqə qalibinə 11 film, prosedur kursları açıldı.

2022-ci ildə mədəniyyət nazirliyində mövcud olmayan Orxan bəy 2022-ci ilin borcunu, daha doğru qeyd etsək yeyintisini ödədi.

Özbek kinomataqrafları Orxan bəyə Kino fədaisi medalı təqdim etdilər.

Mədəniyyət nazirliyinə gedən qaranlıq yolda uzaqdan görünən işığa yaxınlaşdım və bir Orxan Fikrətoğlu gördüm.

4 ay üstə gəl Orxan Fikrətoğlu bərabərdir kino yaşayacaq.
Deyəsən inciyib -küsən bütün rejissorların kəffarəsini Orxan bəy ödəməli olacaq".

Geri qayıt