Əsas Səhifə > Şou-biznes > AKİ-nin sədrliyi uğrunda qızğın mübarizə

AKİ-nin sədrliyi uğrunda qızğın mübarizə


4-03-2024, 17:00
AKİ-nin sədrliyi uğrunda qızğın mübarizə
Sabah Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) qurultayı keçiriləcək.

Qaynarinfo xəbər verir ki, AKİ-nin sədri postuna hələlik iki namizəd var: Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədova.

Məlumata görə, Rasim Balayevin qalib gəlmək şansı daha çoxdur. O, kino ictimiayyəti arasında kifayət qədər nüfuz sahibi olduğundan əksəriyyət onu sədr postunda görmək istəyir.

Buna rəğmən Şəfiqə Məmmədova iddiasından geri çəkilmək niyyətində deyil və sədr postu uğrunda sonadək mübarizə aparmaqda israrlıdır.

Şəfiqə Məmmədovanın şansı Rasim Balayev qədər olmasa da, onu da dəstəkləyənlər var. Hətta onun qalib gəlməsini təmin etmək üçün belə bir təklif irəli sürülüb ki, sədr açıq səsvermə yolu ilə seçilməsin. Qurultay İdarə Heyətini, bu qurum isə sədri seçsin. AKİ-nin nizamnaməsində isə qeyd edilib ki, sədr açıq səsvermə yolu ilə seçilməlidir. Beləliklə, təklif nizamnaməyə ziddi olduğu üçün kino ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb və qəbul edilməyib.

Məlumatlarda o da qeyd edilir ki, əsas mübarizə Rasim Balayevlə Şəfiqə Məmmədova arasında getsə də, onlardan da başqa iddialılar var. Doğrudur ki, bu günə kimi Rasim Balayevlə Şəfiqə Məmmədovadan başqa heç kim namizədliyini açıqlamayıb. Lakin bu o demək deyil ki, AKİ-nin sədri olmaq istəyən yalnız iki nəfərdir.

İddialara görə, "Space TV"nin keçmiş rəhbəri Vaqif Mustafayev də AKİ-nin sədri olmaq istəyir. Bir müddət əvvəl də onun namizədliyini irəli sürəcəyi barədə məlumat yayılmışdı. Lakin Vaqif Mustafayev xəbəri təkzib etmişdi.

Yeni məlumatlarda isə iddia olunur ki, bu sadəcə Vaqif Mustafayevin taktiki gedişi olub. İddia olunur ki, "Space TV"nin keçmiş rəhbəri elə qurultayda namizədliyini açıqlaya bilər. Vaqif Mustafayevin sədr seçilmək imkanlarına gəlincə, hesab edilir ki, bu müabrizə onun üçün kifyət qədər çətin keçəcək. Vaqif Mustafayevin Rasim Balayevlə Şəfiqə Məmmədova kimi mogikanlara qalib gələcəyi inandırıcı görünmür.

Geri qayıt