Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı model Türkiyədə "ayın gözəli" seçildi
Azərbaycanlı model Türkiyədə "ayın gözəli" seçildi7-03-2014, 13:09 |
Türkiyədə yaşayan azərbaycanlı model Könül Əzizovadan xəbər var. Axşam.az-ın məlumatına görə, K.Əzizova Türkiyənin tanınmış modelyeri Tolqa Camin yeni kolleksiyasını nümayiş etdirib. Azərbaycanlı modelin geyimi dəfilədə ən çox rəğbət bəslənən libas olub. Onu da əlavə edək ki, məşhur Türk jurnalı olan “Evos angels” K.Əzizovanı ayın gözəli seçib. Eyni adlı jurnal üçün çəkilən şəkillər isə yaxın günlərdə Türkiyə və Azərbaycan mediasına təqdim olunacaq. Qeyd edək ki, K.Əzizova 2010-cı ildə Azərbaycanı Türkiyə müsabiqəsində təmsil edib. Həmin gecəni isə Türkiyənin “TRT 1” və “TRT Avaz” kanalı yayımlayıb. Geri qayıt |