Əsas Səhifə > Şou-biznes > “8 Mart matəmdir, iş-güc yox, kişilər xanımlarını nə ilə təbrik etsin?”
“8 Mart matəmdir, iş-güc yox, kişilər xanımlarını nə ilə təbrik etsin?”7-03-2024, 10:59 |
“8 Mart qadınlar üçün bayram, kişilər üçün isə matəmdir. İş yox, güc yox, kişilər xanımlarını nə ilə təbrik etsin? Güclə boğazına cörək alıb dolanırlar”. Bu sözləri müğənni Əli Mirəliyev “Cebhe.info”- ya açıqlamasında bildirib. Onun sözlərinə görə, 8 Mart bayramını keçirmək üçün heç bir səbəb yoxdur: “Mən həyat yoldaşımı və qızımı təbrik etmək üçün hər hansısa bir özəl gün gözləmirəm. Mən ailəmi, yaxınlarımı çox sevirəm, onları da sırf 8 Marta görə yox, öz içimdən gəldiyindən təbrik edirəm. Elə də olmalıdır. Lakin bizdə hər kəs xanımını təbrik edə bilmir”. Sənətçi hesab edir ki, sosial, maddi durumuna görə kişilərdə bayram ab-havası yoxdur: “Zavod yox, fabrik yox, varsa da, çox azdır. Rayonlarda ümumiyyətlə, iş- güc yoxdur. Belə olan halda kişilər bayramı necə qeyd etsin? Ona görə bu, kişilər üçün bayram yox, matəmdir”. Geri qayıt |