Əsas Səhifə > Şou-biznes > "Bütün Azərbaycan mətbuatı mənim saxlandığımı yazır..."
"Bütün Azərbaycan mətbuatı mənim saxlandığımı yazır..."4-04-2024, 16:15 |
“Bir neçə saatdır ki, bütün Azərbaycan mətbuatı mənim saxlandığımı yazır. Heç nə olmayıb və bu yalan məlumatdır”. Bu barədə müğənni Rəqsanə İsmayılova özünün “Instagram” hesabından video paylaşım edib.O bildirib ki, hazırda Moskvada öz evindədir və ayın 10-dan sonra Azərbaycana gələcək: “Mənim hansısa səbəbdən saxlandığımı, problemlərin olduğunu yazırlar. Heç bir problem yoxdur, məni heç kim saxlamayıb”. Geri qayıt |