Əsas Səhifə > Şou-biznes > "10 il keçdi, amma zəng etmədi"
"10 il keçdi, amma zəng etmədi"5-04-2024, 08:54 |
Əməkdar artist Sahib İbrahimov həmkarı Elçin Cəfərovdan inciyib. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Elgizlə izlə"verilişində qonaq olarkən bildirib. O, bunun səbəbini isə belə izah edib: "Elçin məndən yaşca kiçikdir. İncəsənət Universitetini yaşlı vaxtımda oxumuşam. O zaman Elçinlə yaxşı münasibətimiz var idi. "Şirin şipşirin" mahnısı çıxmışdı, təzəcə populyarlaşırdı. Bacım qızının toyu olacaqdı və bəzi sənətçiləri dəvət etmişdim. Bacım qızı Elçini də məclisə çağırmağımı istədi. Dedim ki, o mənim kiçik qardaşımdır və bizim çox gözəl münasibətimiz olub. Zəng vurdum, köməkçisi telefona cavab verdi. Dedim ki, onu axtaran tələbə yoldaşı Sahib İbrahimovdur, mənə zəng etsin. Bacım qızının toyudur, dəvət etmək istəyirəm. Köməkçisi "yaxşı" deyib dəstəyi asdı. İki gün keçdi, zəng gəlmədi. Növbəti gün yenidən Elçinin nömrəsinə yığdım. Dəstəyi köməkçisi götürdü və dedi ki, "Elçinə onu bacınızın qızının toyuna dəvət etmək istədiyini çatdırmışam. Özü sizinlə əlaqə saxlayacaq". Bu söhbətin üstündən 10 il keçib, amma Elçin zəng etmədi. Söz açıldı ona görə dedim. Mən Elçindən çox incimişəm. Qəlbim ondan sınıb". Proqramda qonaq olan Elçin isə cavab olaraq bunları deyib: "Kiçiyə də, böyüyə də hər zaman hörmətim var. Sahib böyük sənətkardır. Hansısa məkana daxil olan şəxs salam verməlidir. O salamı da mütləq almalısan, çünki Allahın salamıdır. Əziz qardaşım, 2009-cu ildən bu kini mənə niyə saxlamısan? Görüşərdik, söhbət edərdik. Biz dəfələrlə çəkilişlərdə görüşmüşük. Bu çox xırda söhbətdir. Əgər qəlbinə dəymişəmsə, üzr istəyirəm. Bu aləmdə belə söhbətlər çox olur". Geri qayıt |