Əsas Səhifə > Şou-biznes > "Murad Dadaşov pulumu vermədi"

"Murad Dadaşov pulumu vermədi"


12-03-2014, 11:12
"Murad Dadaşov pulumu vermədi"
Reper Hüseyn Dərya ötən gün ATV telekanalında yayımlanan “Düz üzünə” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, bəzi açıqlamaları ilə hamını təəccübləndirən sənətçi şoumen Murad Dadaşovun təşkilatçılığı ilə keçən konsertindən heç bir qonorar ala bilmədiyini deyib:

"Mənə öncədən heç nə vəd edilməmişdi. Sadəcə deyilmişdi ki, narahat olma, hörmətin olunacaq. Ola bilsin ki, Murad Dadaşov da həmin konsertdən ziyanla çıxdı. Mən Muraddan soruşmadım ki, niyə pulumu vermirsən. Heç o da demədi ki, vermirəm. Sadəcə, bir müddət get sabah gələrsən söylədi. Axırda da mən getmədim. Dostlarıma zəng etdim ki, konsert bitib, evə getməyə taksi pulum yoxdur. Mən həmin gün evimə 1 manatsız gəlmişəm".

Dərya həmçinin həmkarı Anar Nağılbazla bağlı fikirlərini bildirib. Aparıcı İradə İsaqın “Anar Nağılbaz deyir ki, Elşad Xose ilə yaradılan qalmaqal süni idi. Bu, doğrudur” sualına isə belə cavab verib:

“Nahaq yerə Anar Nağılbazdan mənimlə bağlı müsahibə götürmüsünüz. O, yeddi sifəti olan insandır. Anar həmişə mənim adımı çəkərək ortaya çıxıb. Mən Elşad Xoseyə ondan daha çox üstünlük vermişəm. Allahıma, getdiyim ziyarətlərə and içirəm ki, Anar həmişə mənim haqqımda şər, böhtan danışıb”.



Geri qayıt